Ölkə futbolu
“Qarabağ”ın 2 futbolçusu ən yaxşılar arasında
“Qarabağ”ın iki futbolçusu UEFA Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra ən yaxşı oyunçuların sırasına düşüb.
Futbolinfo.az xəbər verir ki, kolumbiyalı müdafiəçi Kevin Medina ən çox dəqiq ötürmə verən futbolçular arasında ilk 3-lükdə qərarlaşıb.
Medina Bakıda Qazaxıstan “Kayrat”ına 2:1 hesabı ilə qalib gəldikləri matçda 79 dəqiq ötürmə müəllifi olub. O, bu göstəricidə yalnız İsrailin “Makkabi” (Təl-Əviv) klubunun futbolçusu Luis Ernandesdən (99) geri qalır.
Medina həmçinin, oyun ərzində rəqibin hücumları zamanı 13 dəfə ötürmələrin qarşısını kəsib. O, bu göstərici üzrə ikincidir.
“Köhlən atlar”ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir isə “Kayrat”la matçda 5 dəfə təhlükəli cinah reydi ilə yadda qalıb ki, bu da onun ən yaxşı 6 futbolçu arasında yer almasına səbəb olub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?