Dünya futbolu
“Qarabağ”ın istədiyi futbolçu Super Liqada qaldı
Ötən mövsüm “Qarabağ”ın heyətinə qatmaq istədiyi, bu yay “Fənərbaxça”dan azad agent statusu ilə ayrılan Alper Potukun yeni komandası müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “Ankaragücü” ilə anlaşıb.
Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.
“Əskişəhərspor”un yetirməsi olan, 2009-2013-cü illər aralığında məhz bu klubun uğurları üçün çalışmış Alper, son 7 ili “Fənərbaxça”da keçirib. Türkiyə yığmasının da formasını geyinmiş futbolçu İstanbul təmsilçisinin heyətində 150-dən çox oyun keçirib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…