Ölkə futbolu
“Qarabağ”ın legioneri sıraya döndü: “Baş məşqçi şans versə…”
“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade zədəsini sağaldıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə kabo-verdeli yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında deyib.
28 yaşlı oyunçu Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Sumqayıt”la cavab matçına hazır olduğunu bildirib: “Premyer Liqanın 23-cü turunda “Səbail”lə matçdan sonra sol ayağımın arxa tərəfində ağrılar hiss etməyə başladım. MRT-dən (Maqnit Rezonans Tomoqrafiya) sonra məlum oldu ki, birinci dərəcəli yırtıq var. Bu səbəbdən bir neçə oyunu buraxmalı oldum. Artıq komanda ilə məşqlərə başlamışam. Özümü normal hiss edirəm. Baş məşqçimiz şans verərsə, meydana çıxmağa hazıram”.
Qeyd edək ki, aprelin 29-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” görüşü saat 17:00-da başlayacaq. Sumqayıtda oynanılan ilk görüş qolsuz başa çatıb.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar