Premyer-liqa
“Qarabağ”ın oyunu təxirə salındı
AFFA Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunlarına daha yaxşı hazırlaşması məqsədi ilə Premyer Liqada 5-ci turun “Qarabağ” – “Səbail” oyununun təxirə salınmasını istəyib.
Futbolinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, AFFA-nın müraciətini, millinin mənafeyini və adıçəkilən klubların razılığını rəhbər tutaraq PFL prezidenti Ramin Musayev əmr imzalayıb.
Əmrə əsasən, çempionat matçı təxirə salınıb. Görüş sentyabrın 4-də keçirilməli idi.
Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 10-da Monteneqronun qonağı olacaq, 3 gün sonra isə Kipri qəbul edəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”