Ölkə futbolu
“Qarabağ”ın rəqibi Bakıya yola düşdü – FOTOLAR
Polşanın “Lex” komandası “Qarabağ”a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu üçün Bakıya yola düşüb.
Futbolinfo.az xəbər verir ki, Poznan təmsilçisi çarter reysi ilə Azərbaycana yollanıb.
Uçuşun təxminən 4,5 saat çəkəcəyi gözlənilir. Saat 18:40-da Tofiq Bəhramov adına Respublika stadionunda “Lex”in baş məşqçisi Con van den Bromun mətbuat konfransı, saat 19:00-da isə komandanın açıq məşqi olacaq.
Sabah keçiriləcək “Qarabağ” – “Lex” oyununa saat 20:00-da start veriləcək. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub – 0:1.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?