Dünya futbolu
“Qarabağ”ın rəqibi hücumçusunu satır
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” bir futbolçusu ilə yollarını ayırır. Hücumçu Andre Laksimikant yetirməsi olduğu klubu tərk edir.
Futbolinfo.az saytının Portuqaliya mətbuatına istinadən məlumatına görə, 22 yaşlı forvard ölkəsində yeni komandaya keçir. O, karyerasını “Kasa Pia”da davam etdirəcək. Klublar keçidlə bağlı hərtərəfli razılığa gəliblər.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında oyunlar fevralın 15-də və 22-də keçiriləcək.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd