Dünya futbolu
“Qarabağ”ın rəqibindən ayrıldı, APOEL-lə müqavilə bağladı
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Ferentsvaroş”un müdafiəçisi Laşa Dvali Macarıstan klubundan ayrılıb.
Futbolinfo.az xəbər verir ki, Gürcüstandan olan 27 yaşlı futbolçu Kiprin APOEL klubuna keçib.
Bu barədə Nikosiya klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.
Laşa Dvali 2019-cu ildən “Ferentsvaroş”da çıxış edirdi. O, Gürcüstan millisində 22 oyun keçirib, 1 qol vurub.
“Qarabağ”ın “Ferentsvaroş”la ilk oyunu avqustun 3-də Bakıda, cavab görüşü isə ayın 9-da Budapeştdə baş tutacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?