Dünya futbolu
“Qarabağ”ın rəqiblərindən biri uduzdu, digəri qalib gəldi
İsveç çempionatında 22-ci turun görüşləri davam edir.
Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Haken” bu gün səfərdə “Degerfors”un qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
22 turdan sonra 44 xal toplayan “Haken” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
“Qarabağ”ın digər rəqiblərindən “Molde” də bu gün Norveç çempionatının 21-ci turu çərçivəsində “Hauqesun”un qonağı olub. “Haken”dən fərqli olaraq, “Molde” səfərdən 2:1 hesablı qələbə ilə dönüb. Bu komanda Norveç çempionatında 37 xalla 4-cü pillədə qərarlaşıb.
“Qarabağ”ın Avropa Liqasının H qrupundakı digər rəqib “Bayer”dir.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib