Bizi izləyin

Ölkə futbolu

“Qarabağ”ın təhlükəli rəqibi: yayda əsas hücumçularını itirsələr də…

blank
blank

Son iki mövsümdə avrokuboklarda qrup mərhələsində qənaətbəxş çıxış edərək pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” uğurlu qrafikə baxmayaraq, hələ də Avropa Liqasında missiyasını yerinə yetirə bilmir. Qurban Qurbanovun komandası Konfrans Liqasının 1/16 final mərhələsində görünsə də, qitənin nüfuzunə görə ikinci dərəcəli klub turnirində eyni uğuru təkrarlamağı bacarmır.

Halbuki, ötən mövsüm ağdamlılar buna çox yaxın idi. Amma evdə “Olimpiakos”la heç-heçə, səfərdə “Nant”a məğlubiyyət “köhlən atlar”ın sürətini azaltdı. Son turda Bakıda “Frayburq”un ikinci heyətini məğlub etməklə də bu missiyanın öhdəsindən gəlmək olardı. Amma “Qarabağ” bunu bacarmadı. Hərçənd “Olimpiakos”, “Frayburq” və “Nant”ın əhatəsində komandamızın uğur qazanacağını heç kim gözləmirdi. Lakin “Qarabağ” sonluğu gətirə bilməsə də, parlaq oyunu ilə yadda qaldı.

Bu mövsüm isə təmsilçimiz tam arzuladığı qrupa düşüb. “Bayer”i istisna etsək, digər iki rəqib ağdamlıların tam dişinə görədir. “Molde” ilə oyunda sərgilənən oyunu gördükdən sonra buna bir daha əmin olduq. Əslində, Norveç klubu ilə iki il əvvəl də qarşılaşdığımızdan güclərinə bələd idik. Leverkuzenliləri isə araşdırmağa ehtiyac yoxdur. Bu qrupda bizim üçün ən sirli qutu İsveç “Hakken”idir.

İsveç çempionatının ortabablarından olan bu komanda sadəcə, ötən ildən bəri ölkəsində dəb müəyyənləşdirməyə başlayıb. İlk dəfə 1983-cü ildə İsveç çempionatında debüt edən, 2009-cu ilə qədər elita ilə aşağı divizion arasında “lift” funksiyasını daşıyan komanda sadəcə, ötən mövsüm çempion olmaqla tarixinin ən yaxşı nəticəsinə imza atıb. Təbii ki, belə bir komandanı “Qarabağ”la tərəzinin nəinki eyni, hətta ayrı-ayrı gözlərinə qoymaq olmaz. Çünki ayrı gözə qoyanda Ağdam klubu yenə də ağır gələcək.

Ötən mövsüm İsveç çempionatında keçirdiyi 30 oyuna 18 qələbə, 10 heç-heçə və 2 məğlubiyyətlə yadda qalan “Hakken” tarixində ilk dəfə çempion olsa da, bu il elə parlaq oyun sərgiləyə bilmir. 63 yaşlı Per Matias Hoqmonun komandası 25 oyuna 16 qələbə, 2 heç-heçə və 7 məğlubiyyətlə 3-cü sıradadır. Son 5 turda Hisingen adasının sakinləri lider “Malmö”dən 5 xal geridədir. Əslində, qələbə sayında ötən mövsümlə müqayisədə geriləmə yoxdur. Qarşıdakı 5 turda 2 qələbə qazansalar, ötən mövsümdəki göstəricilərini təkrarlayacaqlar. Amma 7 məğlubiyyət vəziyyətin ürəkaçan olmadığnı göstərir.

Çempion olduqları mövsüm 37 qol buraxmışdılarsa, indi bu göstərici 30-dur. Müdafiədə də geriləmə yoxdur. Sadəcə, komanda əvvəlki kimi məhsuldar oyun sərgiləyə bilmir. Ötən il 69 qolla çempionatın ən məhsuldar komandası olmuşdularsa, hazırda bu göstərici 57-yə bərabərdir. Bu da böyük uçurum deyil.

Bəs, bu komandanın problemi nədən ibarətdir? Bunun 1 cavabı var: səfər sindromu. “Hakken” İsveç çemionatında rəqib meydanında qol vurmaqla bağlı problem yaşayır. Rəqib meydanında 0:1 hesablı məğlubiyyətlər zəncir kimi düzülüb. Evdə isə işləri qaydasında gedir.

Avrokuboklarda vəziyyət bir qədər dəyişikdir. Burada evdə də ideal çıxış edə bilmirlər. Belə ki, İsveç təmsilçisi avrokuboklarda son 3 ev oyununun 2-də qələbə qazana bilməyib. Hər halda bu komanda azarkeşləri önündə Farer adalarının “Klaksvik” və Şotlandiyanın “Aberdin” klublarını məğlub edə bilməyib. Bu, haradasa bizə ümid verir. Amma keçmişdə yaşananların gələcəkdə təkrarlanacağı ilə bağlı zəmanət yoxdur. Heç “Bayer”ə Leverkuzendə 0:4 hesablı məğlubiyyəti görüb ümidlənmək də yersizdir. Çünki “Qarabağ” da almanlarla oyunda eyni aqibətlə üzləşə bilər. Sadəcə, onu söyləmək lazımdır ki, bu görüş “Molde”yə qarşı matçla müqayisədə daha gərgin alınacaq. Norveç klubu xalis yerli oyunçulardan təşkil olunubsa, “Hakken”də Norveç, Danimarka, Tunis, İslandiya, Bosniya və Herseqovina, Zambiya, Serbiya, Yamayka, Kot dİvuar, Makedoniya və Uqandadan futbolçular var. “Hakken” oyun planında “Molde” qədər Skandinav futbolu oynamır. Bu isə rəqibi daha təhlükəli hala gətirir.

Bu yay komandaya 9 futbolçu qoşulub. Yalnız ikisinə görə pul ödənilib: Serbiyanın Subotitsa “Spartak”sından mərkəz hücumçusu Srcan Hristiç (192 sm boyu var) üçün 1,6 milyon avro və Belçikanın Lyej “Standard”ından sol cinah müdafiəçisi Yakob Barrett Laursenə görə 500 min avro.

4 oyunçu isə icarəyə götürülüb. Uqanda “Kampala Siti”sindən 18 yaşlı mərkəz hücumçusu Con Pol Dembe, Belçika “Anderlext”indən yarımmüdafiəçi İshaq Abdulrazak, Çexiyanın Praqa “Slaviya”sından stopper Ayham Hans Usu və Danimarka “Midtülann”ından sağ vinger Edvard Çilufya komandaya gəlib. Hücumun cinahlarında çıxış edən Amor Layuni və Sevren Niul, həmçinin mərkəz müdafiəçisi Abdulaye Faye “Hakken”ə pulsuz qoşulublar.

Bu futbolçular komandaya fayda verə bilirmi? Məsələn, Hrstiç əla başladı, avrokuboklarda ilk 2 matçda 3 qol vurdu, ancaq meydanda olduğu sonrakı 8 oyunda nə qol, nə də assistlə yadda qaldı. Nəticədə son görüşdə baş məşqçi onu ehtiyatda saxladı.

Digər oyunçuların “xarakteristikası” isə belədir:

Layuni – daimi heyət üzvü, çempionatda 10 matçda 4+2, avrokuboklarda 5 oyunda 2+1.

Laursen – möhkəmlənə bilməyib, zədələnib.

Dembe – debüt etməyib.

Abdulrazak – möhkəmlənə bilməyib.

Usu – əsas heyət üzvü.

Çilufya – cəmi 4 oyun keçirib, son matçda dubl edib.

Niul və Faye – 18 və 19 yaşları var, hələlik iştirak ərizəsinə düşə bilmirlər.

Əvəzində “Hakken” bu yay futbolçularının satışından əla pul qazanıb. İsveç təmsilçisi 3 oyunçusuna görə 11,3 milyon avro əldə edib. Özü də hər birini Avropanın adlı-sanlı ölkələrinin klublarına satıb.

Komandanın 2023-cü ildə ən yaxşı bombardiri olan Beni Traore 4,6 milyon avroya bu yay Premyer Liqaya qayıdan “Şeffild Yunayted”ə keçib. Mərkəz hücumçusu bu il “Hakken”də 20 oyunda 15 qol vurub. İbrahim Sadiqin “AZ Alkmaar”a satışından 4 milyon avro qazanılıb. Sağ vinger İsveç klubunun ikinci qol silahı sayılırdı. Sadiqin xüsusən də bu mövsüm avrokubokların təsnifat mərhələsində çıxışı diqqət çəkir. O, “Jalgiris”lə oyunda 2 qol və 1 məhsuldar ötürmə, “Aberdin”lə matçda isə 3 qol və 1 assistlə yadda qalıb. Başqa sözlə, “Hakken” bu yay hücum xəttində ciddi itkirlərlə üzləşib.

Sol cinah müdafiəçisi Kristoffer Lunn isə 2,7 milyon avro müqabilində “Palermo”ya satılıb. Amerikalı futbolçu 2023-cü ildə “Hakken”in az qala bütün oyunlarında start heyətdə çıxıb, qol vurmasa da, vacib məhsuldar ötürmələrlə seçilib.

Eyni zamanda, perspektivli forvard Oskar Uddenasın azad agent statusunda Niderland “Ekselsior”una gedişi İsveç klubunu məyus edə bilər. Düzdür, 21 yaşlı futbolçu son vaxtlar əla formasından uzaq idi, ancaq 2022-ci ildə “Hakken”ə çox xeyir vermişdi. Eyni sözləri müdafiəçilər Tobias Karlsson və Franklin Uçennaya aid etmək olmur. Hər ikisi uzun müddət əvvəl “Hakken”in əsas heyətində yerini itirmişdi.

İndi də komandanın “taktiki savad”ına diqqət yetirək. Adalılar əsasən 4-3-3 taktiki sxeminə üstünlük verir. Konkret fərdləri müzakirə etməkdənsə, güclü və zəif cəhətlərinə diqqət ayrımaq daha məqsədəuyğundur. Çünki “Hakken”də topu öz üzərinə çəkib digər komanda yoldaşlarından aşkar şəkildə fərqlənən oyunçular yoxdur. Bu komandanın qapısına yol tapmaq üçün ən ideal vasitə mərkəzdən müdafiənin arxasına atılan toplardır. Müdafiəçilər qəfil və hiyləgər ötürmələri oğurlamaqda çətinlik çəkir. Bu mənada çox ağır komandadır. Belə epizodları yaxalamaq üçün isə top onlarda olarkən zonaları bağlayıb pressinq etmək şərtdir. Çünki pressinq nəticəsində müdafiədən hücuma çıxmaqda çətinlik çəkirlər və nəticədə topu itirirlər.

Qurduqları hücumlara gəlincə, bu mənada onları çözmək elə də çətin deyil. Əsasən, sağ və sol cinahda oynamağı bacaran Layunidən ehtiyat etmək lazımdır. Onun cinah aktivliyini minimum endirmək lazımdır. Daha bir təhlükə hücumun sivri ucunda qərarlaşan Çilufyadır ki, mümkün qədər ona zərbə endirməyə imkan verməməliyik.

Ümumiyyətlə, “Hakken” qapıya uzaqdan zərbələr endirməyi sevən komandadır. Qayıdan topları mərmi kimi “çərçivə”yə göndərməkdə ustadılar. Bu mənada ehtiyatlı olmaq lazımdır. Topu cinahdan cinaha da yaxşı keçirirlər. “Qarabağ” topa nəzarəti əlində saxlasa, cərimə meydançalarının həndəvərində onu ələ keçirib uzun ötürmələrlə hücuma qoşulmağı bacarırlar. Bu mənada “ballistik raket”i hədəfə çatdıran oyunçuları var. Ona görə də bu təhlükələri yaşamamaq üçün mümkün qədər müdafiəmizi onların qapılarının qarşısında qurmalıyıq. Çünki ətraflarında oyunçu olmayanda özlərini rahat hiss edirlər.

İstənilən halda, “Hakken”i neytrallaşdırmaq lazımdır. Onlar bu görüşdə qalib gəlsələr, qrupda vəziyyət qarışa bilər. Təbii ki, qələbə qazanmaq “Qarabağ”ın işini xeyli asanlaşdıracaq. Amma heç-heçə də onların büdrəməyi demək olacaq.

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-29 01:52

PSJ-nin 12-ci çempionluğu rəsmiləşdi

blank
Dünya futbolu2024-04-29 01:27

“Sevilya” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-04-29 01:01

“İnter”dən növbəti qələbə

blank
Dünya futbolu2024-04-29 00:44

“Arsenal” və “Mançester Siti”dən səfər qələbəsi

blank
Dünya futbolu2024-04-29 00:25

“Borussiya” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 23:38

“Trabzonspor”dan əzmkar qələbə

blank
Premyer-liqa2024-04-28 23:16

“Qarabağ” “böyük beşlik” komandalarından geri qalmır”

blank
Premyer-liqa2024-04-28 23:00

“Sumqayıt”a qarşı pis oynamadıq” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-28 22:51

“Sumqayıt” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Dünya futbolu2024-04-28 22:43

Sərtan oynadı, komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-28 22:31

Şeydayevin komandasından inamlı qələbə

blank
Dünya futbolu2024-04-28 22:22

İsgəndərli Türkiyədə növbəti qələbəsinə sevindi

blank
Premyer-liqa2024-04-28 21:55

“Sumqayıt” “Qarabağ”a qalib gəldi

blank
Əvəzedicilər2024-04-28 21:28

“Sabah”ın əvəzediciləri “Səbail”ə məğlub oldu

blank
Premyer-liqa2024-04-28 20:50

“Qırmızı vərəqə matçın taleyini həll etdi” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-04-28 20:33

“Turan Tovuz”un hədiyyə olmadığını anlayırdıq” – Bojoviç

blank
Premyer-liqa2024-04-28 20:19

“Neftçi”dən “Turan Tovuz”a 3 cavabsız qol – VİDEO

blank
Dünya futbolu2024-04-28 19:56

Diniyevli “Ümraniyəspor” səfərdə uduzdu

blank
Premyer-liqa2024-04-28 19:37

“Neftçi” “Turan Tovuz”a böyük hesabla qalib gəldi

blank
Premyer-liqa2024-04-28 19:00

Adil Şükürov: “Qəbələ” Premyer Liqada qalmalıdır” – VİDEO

blank
Premyer-liqa2024-04-28 18:44

Sxadadze: “Bu, mövsümün çox oyunlarına aiddir” – VİDEO

blank
Premyer-liqa2024-04-28 18:33

“Qəbələ” “Kəpəz”ə belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-04-28 18:18

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşdı

blank
Digər idman növləri2024-04-28 17:53

Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar

blank
Premyer-liqa2024-04-28 17:24

“Qəbələ” “Kəpəz”ə yenə uduzdu

blank
Ölkə futbolu2024-04-28 17:10

Abbasova 300 nömrəli forma təqdim olundu

blank
Milli komanda2024-04-28 16:00

Millimiz Tacikistana qalib gəldi

blank
Digər idman növləri2024-04-28 15:12

“Gəncə”nin baş məşqçisi mövsümün son oyununu şərh etdi

blank
Premyer-liqa2024-04-28 14:50

“Kəpəz”də üç itki

blank
Digər idman növləri2024-04-28 14:37

Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm