Bizi izləyin

Ölkə futbolu

“Qarabağ”ın yola saldıqları: Bütün istefalar çempiona darmadağından sonra reallaşıb

blank
blank

Murad Musayev 2021-ci ilin noyabr ayında “Sabah”a böyük ümidlərlə gətirilmişdi. Ovaxtadək baş məşqçi kürsüsündə həm yerlilərə, həm də əcnəbi mütəxəssislərə şans verən klub rəhbərliyi onlardan istədiyini ala bilmirdi. Uğursuz gedişatı Musayev pozdu.

“Krasnodar”da böyük təcrübə toplamış mütəxəssis Azərbaycana gəldiyi gündən hiss etdirdi ki, “Sabah”ı inkişafa doğru apara biləcək. İlk mövsümündə daha çox çatışmazlıqları aradan qaldırmaqla məşğul olan Musayev 2022/2023 sezonuna istəkli, dinamik və rəqibin boşluqlarından yaxşı istifadə etməyi bacaran komanda ilə başladı. Həmin mövsümboyu azarkeşlərdən və mediadan tərif eşidən Murad bəy təkcə hakimlərlə “dil tapmaqda” çətinlik çəkirdi. Bir neçə dəfə texniki zonadan uzaqlaşdırılan Musayevə “Sabah”ın baxımlı oyunu və yaxşı nəticələrinə görə “gözün üstə qaşın var” deyən yox idi. Yekunda çempionatın gümüş medalını boynundan asan 40 yaşlı mütəxəssis, həqiqətən də, çempionata rəng qatmış, liqaya yeni rəqabət/həyəcan gətirmişdi.

Yayda aparıcı oyunçular – Aleksey Kaşuk və Coy-Lens Mikels “Sabah”dan ayrılmasaydı, komanda avrokuboklarda daha uğurlu çıxış edə bilərdi. “Partizan”ı Bakıdakı matçda məğlub edib, cavab görüşündə üstünlüyü qoruya bilməməyin əsas səbəbi də məhz Kaşukla Mikelsin gedişi idi. Elə həmin vaxtdan “Sabah”ın başının üstünü qara buludlar almağa başladı…

Cari mövsümdə uğursuz çıxış edən “bayquşlar” heç cür toparlana bilmədilər. Musayevin qış fasiləsində problemləri aradan qaldıracağı və yaxşı heyətə malik bakılıların sezonun ikinci yarısında uğurlu çıxış edəcəkləri gözlənilirdi. Düzdür, “Sabah” kubok matçına qədər Premyer Liqada keçirdiyi 2 oyundan 4 xalla ayrılmağı bacarmışdı. Ancaq qələbə qazandıqları “Zirə” ilə görüşdə belə, oyunun üstün tərəfi “Sabah” yox, rəqib idi. Bardağı daşıran son damla isə kubok matçında “Qarabağ”a ağır məğlubiyyət oldu…

Musayev özünə hörmət edən məşqçi olduğu üçün 1:7 hesablı darmadağından sonra postunda qalmamağı üstün tutdu. Ayrılmaqla bağlı istəyini klub rəhbərliyinin diqqətinə çatdıran məşqçinin gedişinə icazə verildi.

“Sabah”da 87 oyunda 48 qələbə, 16 heç-heçəyə imza atan Musayev Azərbaycanda uğurun sirrini tapsa da, davamını gətirə bilmədi. Onun ayrılığı Premyer Liqanın cari mövsümündə 3-cü məşqçi istefası oldu.

İndi isə keçək əsas məqama. Ölkə futbolunda darmadağınlara alışmış “Qarabağ”ın “qol yağışına” bu dəfə “Sabah” düşdü. O “yağışa” düşdünsə, işin ağırdır. “Qarabağ” bu vaxtadək ən köklü klubumuz “Neftçi”dən tutmuş digər tarixi komandamız “Kəpəz”ə qədər ara-sıra hamını topla döyməyi bacarıb. “Atlılar”la açıq futbol oynadınsa, atın altında qalırsan. “Qarabağ” bunu bir yox, bir neçə dəfə isbatlayıb. Sonuncu belə səhvi Murad Musayev buraxdı. Cəsarətli davranmaq istəsə də, ayağını yorğanına görə uzatmaması ona baha başa gəldi.

Musayev də daxil olmaqla, cari mövsümdəki hər 3 məşqçi ayrılığının 1 səbəbkarı var: Qurban Qurbanov! Murad Musayev və Azər Məmmədovu getməyə məcbur edən də o oldu, Adrian Mutunun göndərilməsinə zəmin yaradan da. “Kəpəz” və “Neftçi”dən sonra “Sabah”ın da “Qarabağ”a məğlubiyyəti baş məşqçi postunun boş qalması ilə nəticələndi.

7:1-ləri sevir Qurban Qurbanov. Murad Musayevdən öncə Azər Məmmədovun da gedişi 1:7 hesablı məğlubiyyətdən sonra olmuşdu. Həyatda ən yaxın dostlarından olan Rəşad Sadıqovun çalışdırdığı “Zirə”ni isə ötən mövsüm bu hesabla üstələmişdi.

Qurbanovun “Qarabağ”ı daxili arenada 6:0, 6:1, 5:0 hesablı qələbələri vaxtaşırı qazanır. Təsadüfi deyil ki, Ağdam klubu bu mövsüm “Sumqayıt”la qarşılaşdığı hər iki oyunda darmadağına sevinib – 5:0, 6:1. Qurban hoca ilə duellərdə Samir Abasovla yanaşı, Ayxan Abbasov, Elmar Baxşıyev və digər bacarıqlı məşqçilərimizin də darmadağınla üzləşdiyi anlar olub. Yəqin xatırlayarsınız, 2020/2021 mövsümündə Füzuli Məmmədovun baş məşqçisi olduğu “Neftçi” “Qarabağ”a 0:6 hesabı ilə uduzmuş, ağır məğlubiyyətdən sonra Məmmədov istefa verərək, “ağ-qaralar”dən ayrılmışdı. Ondan başqa “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov da 0:8-dən sonra postuna vida etmişdi.

Murad Musayev bunu qəbul etməlidir ki, o, Qurbanova böyük hesabla uduzan nə ilk məşqçidir, nə də son. Nə qədər ki, “Qarabağ” Premyer Liqa iştirakçılarından ən azı 2 dəfə güclü olacaq, “Qurbanın qurbanları” siyahısı bir o qədər genişlənəcək. Uzun müddətdir ölkə futbolunda dominantlıq edən “atlılar” daha güclü liqada oynamağı haqq edirlər. Yeri gəlmişkən, “Sabah” üzərindəki qələbə Qurban Qurbanovun “Qarabağ”dakı yubiley – 400-cü qalibiyyəti olub.

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-18 01:58

ÇL: “Real” və “Bayern” yarımfinalda!

blank
Dünya futbolu2024-04-17 22:29

40 yaşında karyerasını bitirir

blank
Digər idman növləri2024-04-17 21:46

“Neftçi” finalda “Xəzri”yə rəqib oldu

blank
Digər idman növləri2024-04-17 21:06

Baxşıyev “Xəzri”yə məğlubiyyəti şərh etdi

blank
Digər idman növləri2024-04-17 20:48

“Azərreyl” finalda

blank
Digər idman növləri2024-04-17 20:19

Ağcabədidə məktəblilər yarışdı

blank
Dünya futbolu2024-04-17 20:00

Dele Allinin mundial arzusu

blank
Digər idman növləri2024-04-17 19:38

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-17 19:19

Boksçularımız Avropa çempionatında mübarizə aparacaq

blank
Dünya futbolu2024-04-17 19:00

Haller Dortmunddan ayrılacaq

blank
Digər idman növləri2024-04-17 18:41

Kubokun ilk finalçısı bəlli oldu

blank
Digər idman növləri2024-04-17 18:22

Güləş yığmalarımız Avropa çempionatına hazırlaşırlar

blank
Digər idman növləri2024-04-17 18:03

İlk finalçı müəyyənləşdi

blank
I Liqa2024-04-17 17:49

“Mingəçevir” uduzdu, “Şamaxı” qalib gəldi

blank
I Liqa2024-04-17 17:34

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi

blank
Ölkə futbolu2024-04-17 17:17

Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”

blank
Dünya futbolu2024-04-17 16:59

Romario 58 yaşında karyerasını bərpa etdi

blank
Dünya futbolu2024-04-17 16:41

Daha bir özbək İtaliyaya köçür

blank
Dünya futbolu2024-04-17 16:22

“Atletiko” antirekordunu təkrarladı

blank
Müsahibə2024-04-17 16:07

Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”

blank
Premyer-liqa2024-04-17 15:50

“Turan Tovuz” – “Sumqayıt” oyununun biletləri satışda!

blank
Digər idman növləri2024-04-17 15:33

Azərbaycanlı bilyardçı Avropa çempionu oldu

blank
Digər idman növləri2024-04-17 15:15

MHL-də pley-offun son cütlükləri də məlum oldu

blank
Digər idman növləri2024-04-17 14:57

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək

blank
Ölkə futbolu2024-04-17 14:39

Yüksək Liqada 19-cu turun hakim təyinatları

blank
Dünya futbolu2024-04-17 14:24

“Milan”da yeni müqavilə

blank
Premyer-liqa2024-04-17 14:07

Premyer Liqanın 31-ci turu rəqəmlərin gözü ilə

blank
Digər idman növləri2024-04-17 13:52

“Neftçi” ilə oyun bizim üçün həlledicidir”

blank
Dünya futbolu2024-04-17 13:37

“Barselona”nın futbolçuları tarixə düşdülər

blank
I Liqa2024-04-17 13:20

I Liqada 22-ci turun hakimləri bəlli oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm