Dünya futbolu
“Qarabağ”la oyundan sonra huşunu itirib – Sissenin həyat yoldaşı
Yunanıstan “Olimpiakos”unun futbolçusu Pape Abu Sissenin həyat yoldaşı dünən “Qarabağ”a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin oyunundan sonra xəstəxanaya aparılıb.
Futbolinfo.az “mynews.gr” saytına istinadən xəbər verir ki, seneqallı müdafiəçinin xanımı təzyiqə və atmosferə dözə bilməyərək, huşunu itirib.
O, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. İlkin müdaxilədən sonra futbolçunun xanımının səhhətinin yaxşı olduğu bildirilib.
“Qarabağ” səfər matçında “Olimpiakos”u 3:0 hesabı ilə məğlub edib. Oyundan sonra seneqallı futbolçu paltardəyişmə otağına gedən zaman tribunadan eşitdiklərinə reaksiya verib və bəzi tərəfdarları yunanca söyüb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?