Dünya futbolu
“Qoca” “Sevilya” və Tottiyə çata bilməyən Ramos
“Sevilya” Çempionlar Liqasında start heyətinə yaşı 35-dən çox olan 4 futbolçu daxil edən ikinci komanda oldu. İspaniya klubu bunu dünən PSV ilə səfər matçında (2:2) reallaşdırdı.
Futbolinfo.az xəbər verir ki, Xesus Navas, Serxio Ramos, Fernando və İvan Rakitiç iderlandda bu göstəricinin reallaşmasında rol oynadı. Daha öncə yalnız “Rusenborq” bunu bacarmışdı. 2007-ci ildə Norveç klubu da ÇL matçına 35+ yaşı olan 4 oyunçu ilə çıxmışdı.
Dünən Serxio Ramos başqa bir statistikada da yer aldı. İspan müdafiəçi 37 yaş 187 günlüyündə qol ötürməsi verməklə tarixi rekorda yaxınlaşdı. Ən yüksək göstərici Françesko Tottiyə məxsusdur. “Roma” əfsanəsi 2014-cü ildə ÇSKA ilə matçda qol ötürməsi edərkən 37 yaş 355 günlə yadda qalmışdı.