Bizi izləyin

Premyer-liqa

Qomesli Sabah

blank

“Sabah”ın liderliyi təsadüf deyil. Hətta zirvəyə daha 2 şərikin olması da bakılıların nəticələrinə kölgə sala bilməz. İlk turda rəqib evində oynayan “Qarabağ” yox, başqa biri olsaydı, bəlkə də indi Visente Qomesin yetirmələrinin itkisiz irəliləməsidən yazırdıq.

İspan məşqçi “Sabah” üçün yaxşı seçilmiş baş məşqçidi. Klub bu posta doğru adamı təyin etmək üçün xeyli eksperiment apardı. Elşad Əhmədovdan İqor Ponomaryova kimi bir çox məşqçinin hətta ən bərbad qərarlarına da dözüldü, Jelko Sopiç kimi təsadüfi biri “sükan arxasına” əyləşdirildi. Yaxşı ki, xorvatın heç nəyi bacarmağını vaxtında anlayıb, müqaviləsinə xitam verdilər.

Qomes indiyəqədərki məşqçilərdən ən yaxşısıdı. Karyerasına diqqət yetirmədən də ispanın işgüzarlığını görə bilirik. Bunun üçün hazırlıq dövrünə, son 3 tura baxmaq bəs edir. Söhbət sınaq matçlarındakı və çempionatdakı uğurlu nəticələrdən getmir, “Sabah”ın oyununda sistem, taktiki düşüncə, kəsəsi, məşqçi işi görünür. Xüsisilə “Zirə” kimi dəlisov, emosional oyun tərzi tətbiq edən komandanı ağılla ram etmək nümunəsi Qomes haqda müsbət fikir söyləmək üçün kifayətdi.

“Sabah” balanslaşdırılmış komanda futbolu sərgiləyir. Topa daha çox sahib olmağa çalışırlar, lakin bunu “Qarabağ”dan fərqli olaraq, daha sürətlə reallaşdırırlar. Qomesin yetirmələri demək olar, bir yerdə dayanmır, topla və ya topsuz daim hərəkətdədilər. Ən böyük amil futbolçuların bir-birini yüksək bacarıqla sığortalamasıdı. Belədə rəqib üçün boşluq qalmır, hücumda və müdafiədə daha böyük qüvvə ilə mübarizə aparırlar.

Qomesin bəxti onda gətirib ki, rəhbərlik normal heyət təmin edib. Azərbaycan çempionatı üçün yaxşı səviyyədə legionerlər, milli komanda üzvləri, potensiallı gənclər – ispanın heyətdə rotasiya etmək, rəqibə görə oyun qurmaq üçün hər imkanı var. Təkcə “Zirə” ilə matçda Təmkin Xəlilzadənin ehtiyatda saxlanması faktı çox şeydən xəbər verir. Belə istedadlı milli üzvünü start heyətinə salmamaq bəlkə də dəlilik sayılar, lakin Qomes meydan sahiblərini ciddi analiz etmişdi.

“Zirə”nin cinah hücumlarının necə təhlükəli olduğunu bildiyindən hücuma aludə olan Təmkin yox, müdafiəyə daha çox diqqət yetirən Məhəmməd  Mirzəbəyov ilk dəqiqələrdən meydanda oldu. Və o, “qartallar”ın qanadlarını iflic etməyə yaradı. Hesab açıldıqdan sonra isə Təmkin əks-hücumlarda fayda verməsi üçün döyüşə atıldı. Eyni taktika sağ cinah hücumçusu Ramil Şeydayevlə bağlı da tətbiq edildi. Milli üzvü rəqibi haldan saldıqdan sonra oyuna buraxılan Kevin Kubemba məhz həmin cinahda şütüyüb ikinci qolu vurdu.

Qomes digər məşqçilərdən fərqli olaraq, transfer tələbini də qabartmır, əldə olan futbolçulardan maksimum faydalanır. Sopiçin israrla gətirtdiyi Mario Marinadan imtina ediləcəyi gözlənilirdi. Lakin ispan çalışdırıcı bu futbolçudan maksimum yararlanır, onun keyfiyyətlərini üzə çıxarır. Eyni sözləri arxaya ötürmə verməyi qadağan etdiyi Coşqun Diniyev haqda da demək olar. Məşqçi istedadlı yarımmüdafiəçinin hücuma daha çox diqqət göstərməsini istəyir. Nəticədə bu futbolçu “Qəbələ” ilə oyunda uzaqdan zərbə ilə hesabı açdı, “Zirə” ilə matçda isə buna yaxın oldu.

Ozan Can Kökcü üçün uyğun yer tapan Qomesin hücumla bağlı seçimləri də maraqlıdı. Xulio Sezar Rodriqesə mərkəz hücimçusu kimi “stavka” edən çalışdırıcı həm də Ramil Şeydayevi qazanmaqla məşğuldu. Milli üzvünə vinger kimi güvənən Qomes onun sürətindən, əzmkarlığından faydalanır. Hücumun sivri ucunda bir o qədər effektli olmayan Ramil də rolundan məmnundu – həm qol vurur, həm də çox faydalı işləyir. “Zirə” ilə matçda, epizodların birində onun Amin Seydiyevin səhvini sığortalamaq üçün cinah boyu necə geri qaçdığını görmək möhtəşəm idi. Adətən hücumçular bunu etmir, amma görünür, məşqçi Şeydayevi psixoloji baxımdan bu rola hazırlayıb.

“Sabah” bu gün lider olmasaydı da, bu yazı qələmə alınmalıydı. Qomesin məğlubiyyətləri, uğursuzluğu da olacaq. Əsas odur ki, seçim doğrudu və ispan məşqçi papağını günə verməyə gəlməyib, iş görməklə məşğuldu. Və işə doğru münasibət gec-tez nəticəsini göstərəcək. Qeyri-adi nəsə baş verməsə, “Sabah” növbəti mövsüm avrokuboklarda olacaq. Hətta bu komandanın çempionluq yarışında “Qarabağ”a bir nömrəli rəqib olacağını da iddia edə bilərik.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Dünya futbolu2024-04-30 11:47

Ronaldo “Kruzeyro”nu satdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm