Dünya futbolu
“Qrupun taleyi həll olunmayıb” – Rıza Çalımbay
Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində İsrailin “Makkabi” klubuna 1:2 hesabı ilə məğlub olan “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay oyundan sonra açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”la eyni qrupda mübarizə aparan Türkiyə klubunun çalışdırıcısı, oyundan razı qaldığını bildirib:
“Oyunun qırılma nöqtəsi penalti epizodu idi. Komandamla qürur duyuram. Heyətə baxsaq, çox seçimimizin olmadığını görərik. Ehtiyatda 5-6 futbolçumuz vardı. Oyunumuzla, mübarizəmizlə məğlubiyyətə layiq deyildik. Bu oyunun haqqı 3 xal idi. Qrupun taleyi həll olunmayıb. Bu komandanı səfərdə məğlub edə bilərik. Bizim heç bir komandadan qorxumuz yoxdur. Hələ heç bir şey itirməmişik”.
“Qarabağ” qrup mərhələsində “Sivasspor”, “Vilyarreal” və “Makkabi” ilə birlikdə mübarizə aparır.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”