Müsahibə
Qurban Qurbanov: “Məğlubiyyət gözlənilən idi”
Misli Premyer Liqasının XXX turunun “Sabah” – “Qarabağ” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. O, öncə görüşlə bağlı fikirlərini bildirib.
– Murad Musayevi, “Sabah”ı təbrik edirəm. Vacib və yaxşı qələbə qazandılar. Standart vəziyyətlərdən qol buraxdıq. Baxmayaraq ki, bu haqda futbolçulara məlumatlar verilmişdi. Hardasa səhvlər buraxdıq, bəsit qollar oldu. İkinci qol həddindən artıq tez oldu. Qapıya yaxın olmayan yerdə cərimə zərbəsi və qol. “Sabah” qələbəyə layiq idi. Futbolçulara etiraz etmək düşüncəsində deyiləm. Bir ildən çox idi uduzmurduq, məğlubiyyət gözlənilən idi. Bu məğlubiyyətin faydalı olacağını düşünürəm. Bundan sonra daha ciddi yanaşacağıq.
– Nəticə sərgilənən oyuna görə oldu?
– Qalib gəliblərsə, deməli, haqqlarıdır, layiq idilər. Yaxşı qol şanslarımız oldu. Başqa fikir bildirməyəcəm.
– Bombardirləriniz son oyunlarda çox epizodları qaçırdırlar. Bunu necə şərh edərdiz?
– Hər epizodu qola çevirmək olmur. Bəzən qapıçı yaxşı oynayır, bəzən bəxt gətirmir.
– Filip Ozobiç zədəsini sağaldıb. Oynamamasının səbəbi nədir?
– Səbəb yoxdur, heyət komplektləşib. Leandro Andrade özünü yaxşı göstərir. Ozobiçin qarşıdakı oyunlarda şansı olacaq.
– Şahruddin Məhəmmədəliyev sağalıbmı?
– Tam sağalıb. Ola bilər, daha bir neçə oyun olmasın. Birdən-birə belə matçlara çıxmağı risk olar. Daha çox vaxt qazanmaq istəyirik. Hər şey yaxşılığa doğru gedir.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd