Bizi izləyin

Ölkə futbolu

Qurban Qurbanov: “Omoniya” ilə oyundakı hesab bizi aldatmamalıdır”

blank
blank

Avropa Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda Kiprdə “Omoniya”a qalib gəlmiş “Qarabağ” komandası Bakıya qayıdıb.

Futbolinfo.az xəbər verir ki, futbolçuları gətirən təyyarə Bakı vaxtı ilə saat 7:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yerə enib. Hava limanında futbolçuları komandanın azarkeşləri, ictimaiyyət nümayəndələri, jurnalistlər qarşılayıb.

Qeyd edək ki, Nikosiyadakı GSP stadionunda oynanılan və şotlandiyalı FİFA referisi Bobbi Maddenin idarə etdiyi görüş “köhlən atlar”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran “Qarabağ” İsveçrə “Bazel” ilə birlikdə 1-2-ci yerləri bölüşdürür.

Hava Limanında baş məşqçi Qurban Qurbanov Nikosiyadakı qələbə barədə jurnalistlərə açıqlama da verib:

“Həqiqətən bizim üçün vacib oyun idi. İlk matçdan etibarən qrupa yaxşı nəticə ilə başlamaq istəyirdik. Birinci matç Bakıda İsveçrə “Bazel”inə qarşı oldu. Oyunumuz pis alınmadı. Kipr səfərində isə 3 xal qazanmaq çox vacib idi. Nəticə öz yerində, futbolçular demək olar ki, 90 dəqiqə oyundan qopmadılar və bütün fikirləri, diqqətləri görüşdə idi. Bəzi epizodlarda rəqibin də üstünlüyünü nəzərə almaq lazımdır. “Omoniya” evdə və öz azarkeşlərinin önündə oynayırdı. Bizim bəzi texniki səhvlərimiz oldu. Qələbə ilə birlikdə yaxşı oyun göstərdik. Hər epizodda, təkətək mübarizələrdə futbolçular bir-birini sığartaladı. Sürətli hücumlarda da özlərini ən yaxşı tərəfdən göstərməyi bacardılar. İlk hissədən sonra 0:1 hesabı ilə məğlub durumda idik, amma sonda qələbə qazana bildik”.

Qurbanov rəqibin oyun keyfiyyətləri haqqında da danışıb: “Onların çempionatdakı və I turda Qazaxıstan “Kayrat”ı ilə görüşlərini izləmişdik. Rəqibin fərqli sistemlərdə oynaması məni narahat edirdi. Ön xətdə və cinahlarda çox sürətli oyunçuları var. Buna görə narahat idim. Amma müdafiəçilərimiz rəqib hücumlarının qarışını ala bildilər. Hesab bizi aldatmamalıdr. Bəzən hesab komandaları, futbolçuları və məşqçiləri aldadır. “Omoniya” qrupda istənilən rəqibə qalib gələcək gücdədir. Çünki özlərinə məxsus oyun üslubları var və əks-hücumları həddindən artıq sürətlidir. Düşünürəm ki, yaxşı komanda üzərində yaxşı qələbə qazandıq”.

Təcrübəli baş məşqçi futbolçuların fiziki hazırlıqlarının normal olduğunu diqqətə çatdırıb: “Sıx qrafik olanda oyunları eyni tempdə keçirmək futbolçular üçün asan deyil. Bəzən futbolçulardan və bizdən asılı olmayan səbəblərə görə oyunçular matça yorğun çıxır. İki gün sonra Premyer Liqada “Qəbələ” ilə oyunumuz var. Demək olar ki, qarşılaşmaya kimi heç üç sutka vaxtımız olmayacaq. Bu da futbolçu üçün çox azdır. Həm də bütün gecəni yol gəlmişik. Matçın yorğunluğunu bərpa etmək asandır, nəinki yol yorğunluğunu. Dəfələrlə belə situasiyalara düşmüşük. Çalışırıq ki, ən yaxşısını edərək futbolçuların bərpa olunmasına kömək edək. Daha diqqətli olsaq bu hazırlıqla futbolçular daha yaxşı idman forması əldə edəcəklər”. (Report)

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-05-05 16:22

“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi

blank
Premyer-liqa2024-05-05 15:48

“Turan Tovuz” “Zirə”yə qarşı – YENİLƏNİR

blank
Əvəzedicilər2024-05-05 14:29

Əvəzedicilərin yarışında 33-cü turun təyinatları

blank
Dünya futbolu2024-05-05 13:33

Milli karyerasını başa vurdu

blank
Ölkə futbolu2024-05-05 12:41

“Qarabağ”dan hücumçusu ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-05 12:22

Bu gün Bakıdakı Avropa Kubokuna yekun vurulacaq

blank
Digər idman növləri2024-05-05 11:22

“Bakı Marafonu 2024” start götürüb

blank
Dünya futbolu2024-05-05 11:11

22 il sonra Premyer Liqada

blank
Dünya futbolu2024-05-05 09:30

“Şeffild Yunayted” son 100 ildə 100 qol buraxan ilk komanda oldu

blank
Premyer-liqa2024-05-05 09:11

“Turan Tovuz” “Zirə”yə, “Araz-Naxçıvan” “Sabah”a qarşı

blank
Digər idman növləri2024-05-05 08:52

Daha bir ulduz tennisçi Roma turnirində olmayacaq

blank
Digər idman növləri2024-05-05 08:35

Mayamidə Ferstappen sprintin qalibi oldu

blank
Digər idman növləri2024-05-05 08:17

Avroliqa iştirakçıları səsvermə ilə seçiləcək

blank
Ölkə futbolu2024-05-05 08:00

“Sumqayıt”a son dəqiqə şoku, “Neftçi” üçün 5 ballıq zəlzələ

blank
Dünya futbolu2024-05-05 01:35

“Real” 36-cı çempionluğunu rəsmiləşdirdi

blank
Dünya futbolu2024-05-05 01:22

“Monako”dan darmadağın

blank
Dünya futbolu2024-05-05 01:04

“İnter”i məğlub edən tapıldı

blank
Dünya futbolu2024-05-05 00:45

“Ştutqart” “Bayern”ı məğlub yola saldı

blank
Digər idman növləri2024-05-05 00:23

Azərbaycan cüdoçularından Göygol Avropa Kubokunun ilk günündə 10 medal

blank
Dünya futbolu2024-05-05 00:05

Liderlərdən darmadağın

blank
Dünya futbolu2024-05-04 23:38

Şahruddinin komandasından səfər qələbəsi

blank
Premyer-liqa2024-05-04 23:05

“Neftçi”yə qarşı hamı istəkli oynayır” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-04 22:58

“Səhvlərimiz kifayət qədər çox idi” – Bojoviç

blank
Ölkə futbolu2024-05-04 22:43

“Qarabağ” Bəhlulla yeni müqavilə bağladı

blank
Premyer-liqa2024-05-04 22:10

“Qarabağ”dan “Neftçi”yə 5 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2024-05-04 21:21

“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-05-04 21:00

Rahil Məmmədovun komandası yenə uduzdu

blank
Premyer-liqa2024-05-04 19:52

“Kəpəz”lə “Sumqayıt”ın heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2024-05-04 19:10

Adil Şükürov: “Vəziyyəti bu həddə “Sumqayıt” tərəfi çatdırdı” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:59

Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm