Bizi izləyin

Ölkə futbolu

“Qurban Qurbanova “Qvardiola”, ya da “ata” deyirdim” – Gerye

blank
blank

“Qarabağ”ın keçmiş futbolçusu Donald Gerye Polşanın “TVP Sport” nəşrinə müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, haitili yarımmüdafiəçi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla münasibətlərindən danışıb:

“Qızım öləndən sonra çox aciz olmuşdum. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun həmin vaxtda mənə qarşı olan davranışını unutmayacam. O, mənə ata kimi idi. Bu günə qədər onu ruhdan saldığım üçün təəssüflənirəm. İndiki məsuliyyətim olsaydı, karyeram fərqli olardı”.

Gerye, “Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”lə ilk oyununu izlədiyini söyləyib:

“Qarabağ”dan daha çox şey gözləyirdim. Çünki bu komandanı tanıyıram və Qurban Qurbanovun mentalitetini bilirəm. Qurbanov uduzmağı bilməyən və pis oyunlardan həzz almayan biridir. “Lex” üçün 1:0 cüzi üstünlükdür. Düşünürəm ki, “Qarabağ” daha irəli gedəcək. Qurban Qurbanov futbolçunu döyüşçüyə çevirə bilən təfəkkürdə adamdır. Heç kim onun kimi motivasiya etməyi bacarmır.

33 yaşlı futbolçu deyib ki, Qurban Qurbanov “Qarabağ”, “Qarabağ” da Qurban Qurbanovdur:

“Orada hamı Qurban müəllimə qulaq asır. O, xırda imkanlarla güclü komanda yaratdı. Uğurları var, ancaq yenə də komanda uğura acdır. Onun necə peşəkar olduğunu görmüşəm.

Qurbanovun Azərbaycandan kənardan çoxlu təklifləri olsa da, heç vaxt getmək istəmədi. O, Azərbaycanı, Qarabağı təmsil etməkdən qürur duyur. Onun sözü müqəddəsdir. Onun sayəsində “Qarabağ” hər zaman daha çox şeyə nail olmaq istəyir. Hamı ona hörmət edir. Hətta Qurbanova Tanrı kimi yanaşırlar. Orada oynadığım dörd ildə başa düşdüm ki, bu klubun oyunları və nəticələr çox önəmlidir. Qurbanov həmişə deyirdi ki, biz təkcə özümüz, azarkeşlər üçün deyil, döyüş bölgəsində olan insanlar üçün oynayırıq”.

Gerye, “Qarabağ”dan ayrılmasının səbəbi haqda da danışıb:

“Haiti millisinin düşərgəsindən çox gec qayıtdım. Təyyarədə yuxuya getdim. Sonra geri qayıtdıqda başqa fəsadlar oldu, gecikmə, koronavirus testinin müddəti bitdi. “Qarabağ”ın bazasına gec gəldim. Qurban hirsləndi, haqqı var idi. Mən maliyyə cəzası aldım və ehtiyata göndərilməli idim. Dedim ki, ya qalacam, ya da gedəcəm. Və mən Kiprə getdim. Futbola gəlincə, “Qarabağ”da keçirdiyim günlərə görə heç vaxt peşman deyiləm. Çünki ən böyük uğurlarım hamısı orada olub. İlk haitili kimi Çempionlar Liqasını burada yaşadım və Avropa Liqasında oynadım. Orada keçirdiyim vaxt üçün darıxıram. Hətta “instaqram”da da Qarabağ köynəyində şəklim var. Bu xatirələr mənim üçün çox önəmlidir”.

Futbolçu Qurban Qurbanovun böyük xarizmaya malik məşqçi olduğunu söyləyib:

“Mən ona “Qvardiola”, ya da “ata” deyirdim. Xüsusilə, nəyisə idarə etməli olduğunuz zaman. Onun mənə qarşı həssaslığı vardı. Yadımdadır, maaşımın vaxtı çatmazdan əvvəl pula ehtiyacım yaranmışdı. Xəyal etdiyim avtomobili almaq istəyirdim, ancaq ordan mənə dedilər ki, gözləyə bilməzlər. Klubun baş meneceri Asif Əsgərovun yanına gedib ödənişin tezləşdirilməsini xahiş etdim. İmtina etdi. Qurbanovun kabineti yuxarı mərtəbədə idi. Xahişimi eşidəndə o, sadəcə ah çəkdi: “Ah, Donny, Donny” – çünki əvvəllər belə deyirdi – və telefonu yığdı. – “Asif, Donni nə qədər istəyir, ver ona”. Və hər şeyi vaxtından əvvəl aldım. Məşqçi mənim üçün bir şərt qoydu. “Donni, bir məsələ var. Növbəti oyunda ən yaxşı olmalısan”.

Qurbanov əsl rəis idi – qladiator. O, heç vaxt gülümsəmirdi, amma onun sənin üçün ata olduğunu hiss edirsən. Ta ki, onu ruhdan salana qədər. Kaş ki, onu ruhdan salmaya idim”.

O, qızın öldüyü vaxtlarda Qurbanovun ona verdiyi dəstəklə bağlı bunları deyib:

“Qurbanov dedi ki, “Qarabağ” sənə kömək edə bilsə, biz də kömək edərik. Klubdan narahat olma. Klub indi sənin üçündür. Ailənin yanında qal. Bir aya ehtiyacınız varsa, bir ay qal. Altı ay varsa, altı ay qal. Heç bir şey üçün narahat olmayın. Biz sizə hər şeyi ödəyəcəyik”.
İki gün evdə qaldım. Amma başımın partladığını hiss etdim. Bir anlıq baş verənləri düşünməmək üçün topa ehtiyacım var. Həyat yoldaşımla danışdıq və qərara gəldik ki, məşqə qayıtmağımız daha yaxşı olar. Özümü darıxdırıcı və depressiyaya düşmüş hiss etdim. Balkondan atılıb körpəmə qoşulmaq istədim. Məni yalnız ailənin qalan üzvləri yaşatdı, mən də onlara baxmalı oldum. “Qarabağ” məni xilas etdi. Meydanda bunu unuda bilmirdim, amma bir anlıq diqqətimi başqa şeyə cəmləyə bilirdim. Məşqə qayıdanda Qurbanov məndən Çempionlar Liqası oyununda heyətdə olmağa hazır olub-olmadığımı soruşdu. Ona dedim ki, mənim üçün edə biləcəyi ən yaxşı şey oynamağıma icazə vermək, hər şeyin normal olduğuna inanmaqdır”.

Gerye yenidən Azərbaycanda oynamaq ehtimalı ilə bağlı da danışıb:

“Kaş ki hazırda “Qarabağ”da oynasaydım… Nə qədər ki, Qurban Qurbanov var, uğurlu klub olacaq. Bu, mənim həyatdakı ən böyük səhvimdir, kifayət qədər intizamlı olmamağım, əlimdən gələni etməyə çalışmamağım, Qurban Qurbanova tabe olmamağımdır. Onun bütün dediklərinə əməl etsəydim, Avropanın yüksək liqalarında oynayardım. İndi “Qarabağ”a qayıtmaq imkanım olsaydı, hətta pulsuz gedərəm. Heç vaxt oranı tərk etməzdim, çünki orada oynamaqdan həzz alırdım”.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Milli komanda2024-05-04 15:39

Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-04 15:20

“Bakı Marafonu-2024”ə görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

blank
Ölkə futbolu2024-05-04 14:46

“Kəpəz”də 4 itki

blank
Ölkə futbolu2024-05-04 14:03

“Kəpəz”in elitada qalması yeni imkanlar yaradacaq” – Millət vəkili

blank
Digər idman növləri2024-05-04 13:22

Millimizdən Avropa kubokunda bürünc medal

blank
Dünya futbolu2024-05-04 12:36

Renat Dadaşovun komandasında yeni baş məşqçi

blank
Milli komanda2024-05-04 11:57

Millimiz İnkişaf Turnirində ikinci oyununu keçirəcək

blank
Ölkə futbolu2024-05-04 10:48

Ozan Can cəzalandı, komandası uduzdu

blank
Ölkə futbolu2024-05-04 10:19

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”

blank
Dünya futbolu2024-05-04 09:53

“Qəbələ”nin sabiq baş məşqçisi idman direktoru oldu

blank
Dünya futbolu2024-05-04 09:21

İsko ayın oyunçusu seçildi

blank
Premyer-liqa2024-05-04 08:00

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-03 20:16

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm