Ölkə futbolu
Qurban Qurbanovdan orduya maddi yardım
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib. O, fonda 20 min manat köçürüb.
Futbolinfo.az xəbər verir ki, Qurbanovla yanaşı, Ağdam klubunun bəzi rəsmiləri də fonda maddi yardım edib.
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb.
Qeyd edək ki, bundan əvvəl “Qarabağ”ın futbolçuları Maksim Medvedev və Qara Qarayevin hər biri fonda 10 min manat ianə etmişdi.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?