Bizi izləyin

Müsahibə

“Qurban Qurbanovun buna görə narahat olması başadüşüləndir”

blank
blank

“Qarabağ”ın müdafiəçisi Kevin Medinanın futbolinfo.az-a müsahibəsi

  • “Kayrat”la matç barədə fikirləriniz necədir?
  • Bizi ağır və çətin rəqibə qarşı oyun gözlədiyini bilirdik. Əvvəlcədən də məlum idi ki, rəqib belə qapalı futbol göstərəcək. Qeyri-adi bir şey baş vermədi və hətta gözlədiyimiz kimi oldu. Fiziki cəhətdən güclü rəqib idi, yaxşı baş məşqçiyə sahibdirlər. Biz də bu günlər ərzində rəqibin zəif cəhətlərindən necə istifadə etmək, müdafiə xəttini necə yarmaq barədə analizlər edib işləmişdik. Yekunda çətinliyə baxmayaraq, istəyimizə çatdıq.
  • Penalti epizodunda özünü günahkar sayırsan? Çünki rəqibin hücumçusu səni keçdi və nəticədə Şahruddin Məhəmmədəliyev penaltiyə səbəb oldu…
  • Burada ya heç kimdə günah yoxdur, ya da hamıda var. Gəlin konkret günahkar axtarmayaq, biz bir komandayıq və hər şeyə birlikdə nail oluruq. Top bir dənədir və hər iki komanda buna sahib olmaq, qol vurmaq uğrunda mübarizə aparır. Hər hansı səhv olursa, bu komandanın səhvidir. Futbol kollektiv oyundur, kompakt oynayan bir komandayıq. Günahkar axtarmaq doğru deyil. Başqa cavab da yoxdur, hər şey bir komandaya aiddir.
  • Sizcə, bu rəqiblə səfər matçı daha ağır olacaq?
  • Bakıdakı matç da çox ağır oldu, səfərdə daha çətin olacaq. Düşünürəm ki, rəqib eyni tərzdə oynayacaq. Üstəlik, doğma meydan amilinə görə onlar daha istəkli olacaq, motivasiya yüksək olacaq. Öz meydanlarında qapanıb əks-hücumda uğur axtaracaqlar. Fikrimcə, bu, onlarda heç də pis alınmır. Bizə qarşı oyunda ilk hissədə əks-hücumları yaxşı yerinə yetirirdilər. İkinci hissədə isə biz vəziyyəti dəyişdik. Bu, artıq başqa söhbətin mövzusudur. Bizi Qazaxıstanda çətin oyun gözləyir. Səfərdə komandaya daha çox motivasiya lazım olacaq.
  • Hər kəs düşünür ki, “Qarabağ” mərhələnin taleyini 70 faiz həll edib. Sən necə fikirləşirsən?
  • Mən elə düşünmürəm və fikrimcə, qarşıdakı matçlar da vacibdir. Hələ heç nə demək olmaz. Növbəti matçlara ciddi yanaşmaq lazımdır.
  • Ümumiyyətlə, qrupdakı bütün oyunları komanda yüksək səviyyədə və tempdə keçirib. Bu cür davam etməyə güc çatacaq?
  • Baş məşqçimiz bizə meydanda bir döyüşçü kimi mübarizə aparmağı öyrədir. Bunun üçün təbii ki, komandaya güc lazımdır. Qurban Qurbanovun dediklərini yerinə yetirmək üçün məşqlərdə səylə çalışırıq. Təkcə, fiziki güc yetərli deyil, həm də mental cəhətdən hazır olmalıyıq. Baş məşqçi və məşqçi heyəti bizi mental olaraq qidalandırır. Hər iki cəhətdən hazır olmaq çox önəmli elementlərdir. Onlardan biri çatışmayanda işlər istədiyin kimi getmir. Dünya futbolunda az komanda var ki, yüksək tempdə uğurlu çıxışı saxlasın. İstənilən halda mövsüm ərzində eniş olur. Amma biz əzmlə çalışırıq ki, bu uğurlu tempi mümkün qədər uzun müddət saxlayaq.
  • Qurban Qurbanov məğlubiyyətsizlik seriyasından narahat olduğunu bildirmişdi. Sənin fikrincə, belə seriya komandada özüninam yaradır, yoxsa arxayınlıq?
  • Belə seriya özünəinamı artırır, gücümüzə güc qatır. Bu müsbət haldır və komandanın doğru yolda olmasının göstəricisidir. Yəni görünür ki, məşqçi heyətinin tapşırıqlarını yerinə yetirə bilirik. Mənfi tərəfi də odur ki, bir az arxayınlıq yarada bilər. Elə bir şey mümkündür. Amma baş məşqçimiz bu baxımdan o qədər bu işin öhdəsindən ustalıqla gəlir ki, komandanı “boşalmağa” qoymur. Onun bu baxımdan narahat olması başadüşüləndir. Məhz Qurban Qurbanovun döyüşçü ruhu yaratması imkan vermir ki, arxayınlıq yaransın.
  • Sıx təqvimdə oynayırsınız. Üstəlik, “Kayrat”la matçdan öncə “Neftçi” ilə ağır qarşılaşma olacaq…
  • İlk baxışdan təqvim çətin görünür, hardasa hər 4 gündən bir oynayırıq. Yorğunluq olur, bərpa prosesi keçirik, asan deyil. Komandamız mənəvi olaraq belə təqvimə öyrəşib. Bizi iki çətin qarşılaşma gözləyir, amma mən qarşıdakı “Səbail”lə matçı ağır adlandırardım. Çünki süni meydançada oynayacağıq və ağır olacaq. Rəqib futbolçular buna alışıblar. Belə vəziyyətdə bizim üçün daha çətin olacaq. İstənilən halda hər hansı bir futbolçu həyəcanlı oyunlarda iştirakçı olmaq istəyir. Şəxsən mənim üçün 4 gündən bir oynamaq xoşdur. Ümdi edirəm ki, qarşıdakı sıx təqvimə baxmayaraq, komanda lazımi nəticəni qazanacaq.

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-05-02 09:55

“Qarabağ” ilk “100-lüy”ü tərk etdi

blank
Milli komanda2024-05-02 09:55

Yığmamız reytinqdə yerində qalacaq

blank
Dünya futbolu2024-05-02 09:40

“Borussiya” ÇL-ə vəsiqəni təmin etdi

blank
Milli komanda2024-05-02 09:23

Yığmamız Montoneqroda qalib oldu

blank
Dünya futbolu2024-05-02 09:08

Konfrans Liqası: Bu gün yarımfinalın ilk görüşləri baş tutacaq

blank
Dünya futbolu2024-05-02 08:51

Təbriz klubundan liderlə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 08:34

“Qarabağ” və daha 55 komanda

blank
Dünya futbolu2024-05-02 08:17

Avroliqada yarımfinalın ilk oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-05-02 08:00

Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası

blank
Dünya futbolu2024-05-02 01:01

ÇL: “Borussiya” PSJ-ni məğlub yola saldı

blank
Ölkə kuboku2024-05-01 23:08

Musanın komandası İsveç kubokunu qazana bilmədi

blank
Digər idman növləri2024-05-01 22:12

“Xəzri” pley-offa böyük hesablı qələbə ilə start verdi

blank
Digər idman növləri2024-05-01 21:00

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
I Liqa2024-05-01 20:30

“İmişli” və “Mingəçevir” səfərdə uduzdu

blank
Əvəzedicilər2024-05-01 20:00

“Zirə”nin əvəzedicilərindən çətin qələbə

blank
Digər idman növləri2024-05-01 19:39

Azərbaycanın güləş milliləri Bakıda toplanış keçirlər

blank
Dünya futbolu2024-05-01 19:18

Lunin yeni müqavilə üçün razılaşdı

blank
Digər idman növləri2024-05-01 19:01

AVF rəhbərliyi çempionlarla görüşdü

blank
Milli komanda2024-05-01 18:44

Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu

blank
Digər idman növləri2024-05-01 18:27

Azərbaycanlı hakimlər Avropa kubokunun görüşlərini idarə ediblər

blank
Digər idman növləri2024-05-01 18:10

Bakıda keçiriləcək Avropa Kubokunun mükafat fondu açıqlandı

blank
Digər idman növləri2024-05-01 17:55

Federasiya prezidenti milli üzvləri ilə görüşdü

blank
Digər idman növləri2024-05-01 17:40

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastlar bəlli oldu

blank
Ölkə futbolu2024-05-01 17:21

AFFA nümayəndəsi AÇ-2024-ə təyinat aldı

blank
Dünya futbolu2024-05-01 17:02

Rabyo “Bayern”in hədəfində

blank
Digər idman növləri2024-05-01 16:45

“Prezident Kuboku”: İlk günün qalibləri bəlli oldu

blank
Premyer-liqa2024-05-01 16:27

Premyer Liqada apreldə vurulan 5 ən gözəl qol – VİDEO

blank
Müsahibə2024-05-01 16:09

“Kəpəz”in qurtulmasının sirri: “Kollektiv halında birləşdiyimiz üçün…”

blank
Dünya futbolu2024-05-01 15:52

“Tottenhem”in hücumçusu üçün mövsüm başa çatdı

blank
Digər idman növləri2024-05-01 15:37

Gürcü boksçu: “Rusiyalı boksçuya uduzmağım üçün böyük pul təklif edildi”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm