Digər idman növləri
Qurbanov Avropa Atletika Assosiasiyasının prezidenti ilə görüşdü
Bolqarıstanın paytaxtı Sofiyada Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov ilə Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov arasında görüş keçirilib.
Futbolinfo.az xəbər verir ki, toplantıda tərəflər arasındakı əməkdaşlıq məsələləri və gələcək planlar müzakirə olunub.
Azərbaycan Atletika Federasiyasının etibarlı tərəfdaş olduğunu bildirən Dobromir Karamarinov bu əməkdaşlığın beynəlxalq qurum üçün böyük önəm kəsb etdiyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov və Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə də iştirak edib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”