Dünya futbolu
Qurbanovdan “Slaviya”nın heyətində iki qol
Futbol üzrə Belarus çempionatında 27-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası “Slaviya” (Mozır) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Minsk”lə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 6:0.
Ruslan da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Mozır təmsilçisinin iki qolunu da Qurbanov vurub. O, 31-ci dəqiqədə komandasının ikinci, 83-cü dəqiqədə isə beşinci qoluna imza atıb.
“Slaviya” hazırda 27 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”