Dünya futbolu
Qvardiola yeni futbolçu istəmir
İngiltərənin “Mançester Siti” klubu qış transfer pəncərəsi dövründə futbolçu almayacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola klubun rəsmi saytına açıqlamasında deyib:
“Yanvarda transfer olmayacaq, bunu əminliklə deyə bilərəm. Bütün titullar uğrunda mübarizə apara biləcək möhtəşəm bir komandam var. Yaxşı oynayan futbolçularla davam edəcəyik. Serxio Aquero zədəsini yeni bərpa edib və formasını bərpa etməyə vaxt lazımdır. Onun üçün xüsusi məşq proqramı hazırlamışıq”.
“Mançester Siti” İngiltərə Premyer Liqasında 12 xalla 14-cü sıradadır.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?