Digər idman növləri
“Rəqib layiqli qələbə qazandı” – Kurtinaytis
“Sabah” baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının 14-cü turunda “Neftçi” İK ilə görüşdən sonra fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, o, yeni komandasındakı ilk məğlubiyyətini belə şərh edib:
“Rəqib layiqli qələbə qazandı. Oyun ərzində geridönüş etməyə çalışsaq da, real şanslarımız yox idi. “Neftçi” 3 xallıq atışlarda daha yaxşı idi. Faiz nisbətində bu göstəricidə rəqibdən çox geri qaldıq. Düşünürəm ki, rəqib fiziki cəhətdən daha hazırlıqlı idi. Təbii ki, məğlub olmaq xoş deyil. Lakin bu idmandır. Səhvlərimizi gördük. Üzərində işləyəcəyik. Qarşıda 3 həftəlik fasilə var. Bu müddətdən maksimum yararlanmağa çalışacağıq”.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Müsahibə2024-04-16 08:00
Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”