Ölkə futbolu
Rəfiyevin də vaxtı çatdı
“Kəpəz” və “Sumqayıt”la bağlı yeni xəbərlər gözlənilir. Hər iki klubda ciddi dəyişikliklər olacaq.
Futbolinfo.az xəbər verir ki, Gəncə klubunda əsas xəbər yeni sponsorun gəlişi ilə bağlıdır. Belə ki, nəhayət, “Kəpəz”i də himayəyə götürən olacaq. Aparılan danışıqların müsbət yekunlaşması ümidləri böyükdür. Tanınan şirkətlərdən biri tezliklə “sarı-göylər”in sponsoru kimi təqdim olunmalıdır.
“Sumqayıt”da isə sponsor yox, rəhbərlik dəyişir. Kluba himayədarlıq edən “Azərkimya” İB-dakı dəyişikliklərdən sonra klub prezidenti Riad Rəfiyevin yola salınması realdır. Zatən bu şəxsin klubdakı əməlləri ciddi şəkildə araşdırılır. Araşdırma bitən kimi “kimyaçılar”da ciddi islahatlar reallaşacaq.
“Neftçi”dəki məlum prezident dəyişikliyindən sonra Riad bəy AFFA-nın vitse-prezidenti Elxan Məmmədovun klublarda iş başında olan son kadrıdır. Bu səbəbdən növbənin ona çatması qəribə görünməməlidir.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…