Bizi izləyin

Ölkə futbolu

Rəşad Sadıqov: “Makkabi” ilə şanslarımız bərabərdir”

blank
blank

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Bakıda İsrailin “Makkabi” (Təl-Əviv) komandasına qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Rəqibdə məşqçı dəyişikliyi baş verib. Heyətlərində zədəli futbolçuları var. Bunu bilmək üçün İsrailə səfərim vacib idi. Hazırlıq sırf bu turnir üçün yox, eyni zamanda çempionat üçün qurulub. Komandanın oyuna köklənməsindən çox razıyam. İlk oyunda ideal formada olmağımızı düşünmək doğru olmaz. Matça, müsbət nəticəyə köklənmişik. Rəhim Sadıxovun universiallığından səmərəli istifadə etmək istəyirəm. Futbolçunun 2-3 mövqedə oynamağı bacarması hər məşqçinin arzusudur. Rəhim də universaldır, hər bir taktiki sxemə uyğundur”.

Sadıqov “Qarabağ”dan icarəyə götürülən Rüstəm Əhmədzadə barədə də fikirlərini bölüşüb: “O, gənc və perspektivli futbolçudur. “Qarabağ”da hücum xəttində rəqabət böyükdür. Rüstəm “Qarabağ”a keçməzdən əvvəl də onu transfer etmək istəmişdim. Həmin vaxt menecerləri demişdi ki, Azərbaycanda yalnız “Qarabağ”da oynaya bilər. Rüstəm də universal futbolçudur. Mövsümboyu ondan müxtəlif mövqelərdə, daha çox hücumçu kimi yararlanacağıq. Futbolda hər an problem yaşaya bilərsən. Rüstəmlə söhbətimizdə də pozitiv reaksiya gördüm. Əminəm ki, inadkarlığı və istəyi ilə problem yaşamayacaq, gələcəkdə “Qarabağ”ın aparıcı oyunçusuna çevriləcək”.

Onun sözlərinə görə, bu yay etdikləri transferlər təkcə avrokuboklar üçün deyil: “Bir mövsümlük plan cızmışıq. 4-5 transfer etmək istəyirik. Mənim üçün vacib olan əlimizdəki oyunçuların performansıdır. Bu komanda ilə ötən mövsüm uğurlu çıxış etmişik. Bir az da uğurlu olub, kuboku qazana bilərdik. Hazırda transfer danışıqları istədiyimiz kimi getmir. Transferlərin olmaması “Makkabi” ilə oyunlarda hiss olunmaz”.

Baş məşqçi Slavik Alxasovun transferindən də söz açıb: “Onu hələ “Sabah”a keçməzdən əvvəl də istəmişdim. Bu il artıq 4 cinah müdafiəçimiz var. Kimsə cəzalı və ya zədəli olduqda digərləri onu rahatlıqla əvəz edə biləcək. Çünki ötən mövsüm bəzən Qismət Alıyevi sol cinahda oynadırdıq”.

Sadıqov komandasının hücum potensialına da toxunub: “Rüstəm Əhmədzadə və Hamidu Keyta ön xətdə oynaya bilir. Hətta Rəhim də yalançı hücumçu mövqeyində oynaya bilər. Hücum xətti ilə bağlı problemimiz yoxdur. Filipe Paxtmann və Təmkin Xəlilzadə hazır olsaydı, heyətin kasadlığndan narahat olmazdım. Həmçinin Mirsayib Abbasov da hücumun hər iki cinahında oynaya bilir. Mən universal oyunçuları xoşlayıram. Çünki belə olanda bəzən gözlənilməz addım ata bilirsən”.

Mütəxəssis Ahmed Ayzaya və Brayan Alseusla vidalaşmalarının səbəbini də açıqlayıb: “Ayzayanın potensialı çox yaxşı idi, onu bəyənirdim. Amma müəyyən şeylər var ki, komandamda o amillər çox vacibdir. Nə qədər istedadlı olursan-ol, mənim öz prinsiplərim var. Onunla yollarımızı normal ayırdıq. Həmçinin Alseusun da şəxsi problemləri var idi. Daim qayğılı idi, işinə köklənə bilmirdi. Əcnəbi futbolçudan dərhal nəticə istənilir. Belə olan halda hansısa oyunçunu oynatmamaq mənə ağır gəlir. İnsanlar futbola sevərək gəlir. İdmanın digər sahələrdən fərqi ondadır ki, insan bu sahəni sevərək seçir. Ondan da oynamağı əlindən alanda bu sevgidən məhrum edirsən. Kimisə oynatmağı düşünmürəmsə, öncədən ona deyirəm ki, qalıb məyus olmaqdansa, xoşbəxt olacağı yerə getsin. Bir az fərqli futbolçuları xoşlayıram. Heyətimizdəki bir çox oyunçular tanınmır, əvvəlki komandalarında heyətə düşə bilməyiblər”.

Sadıqov “Makkabi” ilə matça hazır olduqlarını vurğulayıb: “Rəqibin favorit sayılması normaldır. Daim avrokuboklarda oynayır, ölkə çempionatında iddialıdır. Məni isə sabah 90 dəqiqənin hər saniyəsi maraqlandırır. Ondan sonra gedişata baxacağıq. Şansları bərabər görürəm. Hər şey düşündüyümüz kimi getsə, futbolçularım yaxşı oyunlarından birini göstərsə, “Makkabi”ni təəccübləndirə biləcəyik. İsrail təmsilçisi üzərində qələbə komandanı yeni səviyyəyə çıxara bilər. Şəxsən mən oynayan vaxt da rəqib seçməmişəm. Püşkün önəmi yoxdur. Zəifə uduza və ya güclüyə qalib gələ bilərsən. Ən vacibi sənin hazırlığındır. Əminəm ki, komanda olaraq bundan daha çoxunu bacarırıq. İnşallah, sabah bunu meydanda göstərəcəyik.”.

O, təcrübəli müdafiəçi Ruslan Abışova şans verə biləcəyini istisna etməyib: “Planımızda var. Ruslana ötən mövsüm də şans verməyi planlaşdırırdım. Təcrübəli, usta oyunçudur. Az oynasa da, aparıcı simalarımızdan biridir. Bəzən ağlımdan keçirdi ki, Cəlal Hüseynova istirahət verim, onu Ruslanla əvəz edim. Amma limitə görə müəyyən çətinliklər yaşayırdım. Abışov son məşqdə zədələndi. Bir həftə, 10 gün komandadan ayrı qalacaq”.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının təsnifat mərhələsindəki çıxışına da münasibət bildirən Sadıqov deyib ki, “köhlən atlar”ın güclü rəqiblər üzərində qələbəsi təkcə yerli klublar yox, bütün dünya futbolu üçün stimuldur: “Bir komanda güclü çempionatların təmsilçilərini uda bilirsə, deməli, məğlubedilməz rəqib yoxdur. Bəzən “Qarabağ” üstün olduğu zaman düşünürsən ki, bu rəqibi keçmək olar. Bu, Ağdam klubunun gücüdür. Dünən də İsveçrə “Sürix”i üzərində bəlkə fərqli nəticə olmalı idi. İnanıram ki, komanda bu vəziyyətdən düzgün çıxış yolu tapıb, cavab oyununda da qələbə qazanacaq. Bu amillər hamı üçün motivasiyadır. Dünyada futbol ölkəsi kimi məşhur olmayan Azərbaycandan çıxan klubun avrokuboklardakı nəticələri hamı üçün stimuldur, məktəbdir”.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-05-05 01:22

“Monako”dan darmadağın

blank
Dünya futbolu2024-05-05 01:04

“İnter”i məğlub edən tapıldı

blank
Dünya futbolu2024-05-05 00:45

“Ştutqart” “Bayern”ı məğlub yola saldı

blank
Digər idman növləri2024-05-05 00:23

Azərbaycan cüdoçularından Göygol Avropa Kubokunun ilk günündə 10 medal

blank
Dünya futbolu2024-05-05 00:05

Liderlərdən darmadağın

blank
Dünya futbolu2024-05-04 23:38

Şahruddinin komandasından səfər qələbəsi

blank
Premyer-liqa2024-05-04 23:05

“Neftçi”yə qarşı hamı istəkli oynayır” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-04 22:58

“Səhvlərimiz kifayət qədər çox idi” – Bojoviç

blank
Ölkə futbolu2024-05-04 22:43

“Qarabağ” Bəhlulla yeni müqavilə bağladı

blank
Premyer-liqa2024-05-04 22:10

“Qarabağ”dan “Neftçi”yə 5 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2024-05-04 21:21

“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-05-04 21:00

Rahil Məmmədovun komandası yenə uduzdu

blank
Premyer-liqa2024-05-04 19:52

“Kəpəz”lə “Sumqayıt”ın heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2024-05-04 19:10

Adil Şükürov: “Vəziyyəti bu həddə “Sumqayıt” tərəfi çatdırdı” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:59

Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:23

“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə

blank
Digər idman növləri2024-05-04 17:42

Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb

blank
Digər idman növləri2024-05-04 17:20

Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-04 17:01

Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazandı

blank
Digər idman növləri2024-05-04 16:47

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

blank
Digər idman növləri2024-05-04 16:34

Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib

blank
Ölkə futbolu2024-05-04 16:18

Yunanov bu gün mükafat alacaq

blank
Digər idman növləri2024-05-04 16:00

Bakıdakı Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

blank
Milli komanda2024-05-04 15:39

Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-04 15:20

“Bakı Marafonu-2024”ə görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

blank
Ölkə futbolu2024-05-04 14:46

“Kəpəz”də 4 itki

blank
Ölkə futbolu2024-05-04 14:03

“Kəpəz”in elitada qalması yeni imkanlar yaradacaq” – Millət vəkili

blank
Digər idman növləri2024-05-04 13:22

Millimizdən Avropa kubokunda bürünc medal

blank
Dünya futbolu2024-05-04 12:36

Renat Dadaşovun komandasında yeni baş məşqçi

blank
Milli komanda2024-05-04 11:57

Millimiz İnkişaf Turnirində ikinci oyununu keçirəcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm