Müsahibə
Rahid Əmirquliyev: “Millinin əsas problemi məşqçidir”
Azərbaycan milli komandasının sabiq futbolçusu Rahid Əmirquliyevin futbolinfo.az saytına müsahibəsi
- “Səbail”də davam edəcəksən?
- Klub rəhbərliyindən cavab gözləyirəm. İlkin söhbət olub. Yeni baş məşqçimiz Mahmud Qurbanovla danışmışıq və bildirib ki, 1 illik müqavilə bağla. Ona görə də davam edəcəm. Sadəcə, klub rəhbərliyi ilə son danışıqları edib müqavilə imzalamaq qalıb. Yəqin ki, yaxın günlərdə hər şeyə tam aydınlıq gələr.
- Mahmud Qurbanovun gəlişindən öncə orada qalacaqdın?
- Məşqçi kimi təklif edirdilər. Amma mən oynamaq istəyirdim. Təklif elədilər ki, gəl burda məşqçilik et, amma razılaşmadım. Mahmud Qurbanov gəldikdən sonra oynamağıma razılaşdı. Yeni məşqçi bildirdi ki, növbəti mövsümü oyna və gör necə olacaq. Ondan sonrasını danışarıq.
- Klubun büdcəsinin artacağı ilə bağlı xəbərlər var…
- Əslində bu söhbətlər var. Çünki bildirilib ki, yaxşı heyət qurulmalıdır. Həm də yeni və keyfiyyətli legionerlərin gələcəyi deyilib. Yaxşı əcnəbi futbolçular gələcəksə, deməli, büdcə artacaq. Hardasa 6-7 legioner nəzərdə tutulub. Bu da klubun hədəfinin olacağından xəbər verir. Düşünürəm ki, yaxşı olacaq və növbəti mövsüm fərqli komanda görəcəksiniz.
- Milli komandanın son oyunu – Qazaxıstana qarşı matçı barədə fikirlərin necədir? Bu məğlubiyyəti gözləyirdin?
- Açığı, müsbət nəticə gözləyirdim, düşünürdüm ki, qalib gələrlər. Çünki aşağı-yuxarı eynigüclü rəqibə qarşı çıxış edirdik. Birinci hissədə pis oynamadılar, yaxşı demək olmaz, amma normal idi. Komandamız qol şansı da qazandı, istifadə edə bilmədi. İkinci hissə bilmirəm ki, komandaya nə oldu. Meydanda özlərini yaxşı trəfədən göstərə bilmədilər və nəticə də göz qabağındadır. Ümumi götürsək, yaxşı oynamadıq.
- Səncə, yığma Millətlər Liqasında ən yaxşı halda hansı pilləni tuta bilər?
- Qrupun favoriti Slovakiyadır, digər komandalar isə eyni səviyyədədir. Belarus və Qazaxıstana qalib gəlmək olar. Amma düşünürəm ki, komanda Qazaxıstanla matçdakı kimi çıxış etsə, sonuncu pilləni tutacağıq. Yenə də inanıram ki, ən azı ikinci pillədə bitirə bilərik qrupu.
- Bu gün Belarusla matç var. İnanırsan ki, qalib gələcəyik?
- İnam həmişə var. Biz hər zaman komandadan yaxşı nəticə gözləyirik. Amma inam təkcə bizdə, azarkeşlərdə yox, yığmanın futbolçularında da olmalıdır. Yenə də dəstəkləyəcəyik. Ümid edirəm ki, qələbə ilə qayıdacaqlar.
- Yığmanın əsas problemini nədə görürsən?
- Fikrimcə, əsas problem məşqçidir. Mən bunu belə görürəm. Ona görə ki, heyət kifayət qədər potensiallıdır, yaxşı futbolçular var. Klublarında yaxşı səviyyədə oynayan oyunçularımız var. Qazaxıstandan, Belarusdan futbolçu probleminə görə geri qalmırıq. Əsas problem məşqçidir.
FƏRİD
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…