Premyer-liqa
Rahid Əmirquliyevin “100”ü
Rahid Əmirquliyev “Səbail”də 100-cü çempionat oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XVI turuna təsadüf edib.
“Qəbələ” ilə səfər qarşılaşması (1:2) onun üçün 100-cü matçla əlamətdar olub.
Əmirquliyev Bakı təmsilçisində 5-ci mövsümünü keçirir. O, bu müddətdə 1 qol vurub.
Onun debütü də “Qəbələ”yə qarşı səfərdəki matçda gerçəkləşib. Rahid 2018-ci il avqustun 12-də keçirilən görüşdə (0:3) meydana çıxıb.
Qeyd edək ki, Rahid “Səbail”in heyətində Premyer Liqada 100 oyun keçirən ilk futbolçudur.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?