Müsahibə
“Raysel və Adeniyinin “Qəbələ”də qalmayacağı dəqiqdir”
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevin futbolinfo.az-a müsahibəsi
- Komandanın büdcəsində artım və ya azalma olacaqmı?
- Hər hansı artım gözlənilmir. Sadəcə ötənilki büdcənin formalaşması üçün rəhbərlik iş görür. Hazırki durumda heç nə deyə bilmərəm. Amma çalışacağıq ki, daha yaxşı olsun.
- “Qəbələ”nin legionerlərinin bir çoxu komandadan getdi. Legionerlərin sayına da rəhbərlik tərəfindən hər hansı limit qoyulacaq?
- Limit söhbəti olmayıb. Yenə də yerli və əcnəbi futbolçulardan ibarət komanda quracağıq. Düzdür, indiki durumda bilmirik ki, ötənilki futbolçulardan kimlə davam edəcəyik, kimlərlə daha danışıq aparmayacağıq. Yerlilərlə də, əcnəbilərlə də danışıq olmayıb.
- Yerli futbolçuların əksəriyyətinin komandada qalacağı haqqında xəbərlər var idi…
- Təxmini bilirik ki, kimlər komandada qalacaq. Amma yenə də dəqiq deyil. Əcnəbilərin müqavilələri bitib və onlar başqa təkliflər barədə düşünə bilərlər.
- Raysel və Ceyms Adeniyinin növbəti mövsüm olmayacağı dəqiqdir?
- Bəli, onların olmayacağı dəqiqdir. Çünki məvacibləri yüksək oyunçulardır və onlarla davam edə bilməyəcəyik.
- Merab Giqaurinin “Keşlə”yə gedəcəyi ilə bağlı hər hansı məlumatınız varmı?
- Bu barədə rəsmi nəsə olmasa da, onların maraq dairəsində olduğunu bilirəm. Yəni bu barədə məlumatım var. Görək gələcəkdə necə olacaq?
- Hansısa izlədiyiniz futbolçular var, yoxsa büdcə məsələsini gözləyirsiniz?
- Yox, yerli və əcnəbi futbolçular var ki, izləyirik.
- Ölkə klublarındakı əcnəbilərdən izlədiyiniz var?
- Bəli, var.
AĞA
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”