Dünya futbolu
“Real” Çukvezeni alır – 50 milyon avroya
“Real” sürpriz transfer həmləsinə hazırlaşır. Madridlilər son turda onlara qənim kəsilən futbolçunu almaq niyyətindədir.
Ötən həftə “Real”ın evdə “Vilyerreal”a uduzduğu matçda qonaqların qələbəsinə böyük töhfə verən Samu Çukveze yeni mövsümə rəqib düşərgədə başlaya bilər. Şənbə günü “Kral Klubu”nun prezidenti Florentino Peres rəqib həmkarı ilə görüşərək keçidin detallarını müzakirə edib.
“Marca”nın yazdığına görə, “Vilyarreal” bu keçidin əleyhinə deyil. 23 yaşlı futbolçunun müqaviləsi bir ildən sonra başa çatır. Bu səbəbdən onu indi satıb qazanmaq istəyirlər. Həmkarlarımız tərəflərin 50 milyon avro müqabilində keçidin razılaşdırıldığını, detalların mövsüm bitdikdən sonra açıqlanacağını yazır.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?