Dünya futbolu
“Real” Devisi inandırmağa çalışır
Madrid “Real”ı Alfonso Devisi heyətinə qatmağa hazırlaşır. Komandanın skautu Xuni Kalafat futbolçunu “Bayern”lə müqaviləni uzatmamağa inandırmağa çalışır.
Müdafiəçinin sözləşməsi gələn ilin yanvarında bitir. “Real” rəhbərliyi son aylarda futbolçu ilə daim əlaqədədir və rəsmi müqavilə təklifi göndərməyə hazırdır.
Devisin Münhen klubu ilə danışıqları da rahat getmir. Əsas problem yeni sözləşmədəki maaşdır. Devis 10-13 milyon avro dəyərində məvacib tələb edir. Lakin klub bunu ödəmək fikrində deyil. Münhendə özünü rahat hiss etməsinə baxmayaraq, futbolçu madridlilərin təklifini qəbul edə bilər.
Bu mövsüm Kanada millisinin kapitanı 14 oyunda 3 məhsuldar ötürmə edib.