Dünya futbolu
“Real” finala darmadağınla yüksəldi
Klublararası dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, Mərakeşdə keçirilən mundialın sonuncu yarımfinal görüşü Misirin “Əl-Əhli” və İspaniyanın “Real” komandaları arasında baş tutub.
Madrid təmsilçisi bu oyunda darmadağınla qalib gələrək mundialın finalına yüksəlib. Avropa təmsilçisi həlledici oyunda Səudiyyə Ərəbistanını təmsil edən “Əl-Hilal”la qarşılaşacaq. Final matçı fevralın 11-də keçiriləcək. Həmin gün həm də Braziliyanın “Flamenqo” komandası “Əl-Əhli” ilə üçüncü yer uğrunda mübarizə aparacaq.
Klublararası Dünya Çempionatı
Yarımfinal
7 fevral
Flamenqo (Braziliya) – Əl-Hilal (Səudiyyə Ərəbistanı) 2:3
Qol: Pedro, 20; 90+1 – Əl-Dosari, 4; 45+9-pen. Vietto, 70.
8 fevral
Əl-Əhli (Misir) – Real (İspaniya) 1:4
Qol: Əl-Maalul, 65-pen – Vinisius Junior, 42. Valverde, 46. Rodriqo, 90+2. Arribas, 90+8.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”