Dünya futbolu
“Real”la “Mançester Siti”dən ilk oyunda heç-heçə
Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinə start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Turnirin əsas favoritlərindən hesab olunan İngiltərənin “Mançester Siti” komandası İspaniyada son çempion “Real”ın qonağı olub. Tərəflər ilk oyunda qalibi müəyyənləşdirə bilməyiblər.
Digər yarımfinal görüşü sabah İtaliya təmsilçiləri “Milan” və “İnter” arasında baş tutacaq. Yarımfinalın cavab oyunları isə mayın 16-17-də keçiriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunu
9 may
Real (İspaniya) – Mançester Siti (İngiltərə) 1:1
Qollar: Vinisius Junior, 36 – Kevin de Breyne, 67.
Baş hakim: Artur Dias (Portuqaliya).
Madrid. “Santyaqo Bernabeu”.
Real: Kurtua, Karvaxal, Alaba, Rüdiger, Kamavinqa, Kroos, Modriç, Valverde, Rodriqo, Benzema, Vinisius.
Mançester Siti: Ederson, Uoker, Akanci, R.Dias, Stounz, Rodri, B.Silva, Gündoğan, De Bruyne, Qriliş, Haland.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”