Dünya futbolu
“Real”ın 53 illik sindromu davam edir
“Real” 53 ildir İspaniya kubokunda “Barselona”ya öz meydanında qalib gələ bilmir.
Futbolinfo.az xəbər verir ki, bu uğursuz seriya ötən gün baş tutan yarımfinalın ilk oyununda da davam edib.
“Santyaqo Bernabeu”da baş tutan görüş “Barselona”nın 1:0 hesablı qələbəsiylə bitib. Kataloniya təmsilçisi 1970-ci ildən bəri bu arenada keçirdiyi 10-cu kubok qarşılaşmasında da əzəli rəqibinə uduzmayıb.
“Barselona”nın futbolçusu Serxio Buskets isə El Klasikolarda 22-ci qələbəsini qazanıb. Bununla kapitan aktivində 21 qalibiyyət olan “Real”ın əfsanəvi oyunçusu Pako Xentonu qabaqlayaraq yeni rekorda imza atıb. “Barselona”nın sabiq üzvləri Lionel Messi və Jerar Pike hərəyə 19 qələbə ilə üçüncü yeri bölüşdürürlər.
Bu komandalar arasında cavab oyunu aprelin 5-də “Nou Kamp”da baş tutacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?