Dünya futbolu
“Real”ın futbolçusu “Fiorentina”ya keçdi
İtaliyanın “Fiorentina” klubu Madrid “Real”ının futbolçusu Luka Yoviçi transfer edib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Florensiya klubunun rəsmi saytı məlumat yayıb.
Serb hücumçu ilə 2+2 illik müqavilə imzalanıb. Madrid klubu futbolçunun sonrakı satışından təqribən 50 faizini alacaq. Transferin məbləği açıqlanmayıb. “Real” 2024-cü ilin yayına qədər hücumçunun maaşının yarısını ödəyəcək.
Qeyd edək ki, Yoviç 2019-cu ilin yayında “Ayntraxt”dan “Real”a transfer olunmuşdu.