Ölkə kuboku
Regekampf: “Neftçi”dən ayrılmağı düşünmürəm”
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniya komandalarının onunla maraqlanması barədə iddialara münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri ilk oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Bu barədə mənə daha əvvəl də sual verilib. Mediaya mənim haqqımda xəbər yazmağı qadağan edə bilmirəm. Nə istəsəniz, yaza bilərsiniz, bu, sizin hüququnuzdur. Mən “Neftçi”dəyəm. Klubda yeni toplantı olub. Heyəti gücləndirmək barədə danışmışıq. Mən tərəfdən heç bir problem yoxdur. Komandamı dəyişmək barədə düşünmürəm. Tam olaraq “Neftçi”nin qarşıdakı oyunlarına köklənmişəm”.
Xatırladaq ki, Regekampf cari mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalayıb. Son dövrlərdə onun vaxtilə çalışdırdığı “Styaua” və “Universitatya” (Krayova) klublarına qayıdacağı barədə xəbərlər yayılmaqdadır.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”