Ölkə futbolu
Regekampfın son şansı
“Neftçi”yə Laurentsiu Regekampf da dərman ola bilmir.
Futbolinfo.az saytı xəbər verir ki, ötən ilin yayında “ağ-qaralar”ın baş məşqçisi postuna gətirilən rumıniyalı mütəxəssisin ilk mövsümü heç də uğurlu olmayıb. Çünki Premyer Liqada mövsümün sonuna hələ 6 tur qalsa da, bakılıların çempionluq şansı, demək olar ki, yoxdur. Halbuki Regekampf komandanı əvvəlki əzəmətinə qaytarmaq üçün gətirilmişdi.
Rumıniya mətbuatı da onun ilk mövsümünü uğursuz hesab edib. Ölkənin ən populyar idman saytı olan “digisport.ro” Regekampfın hazırkı durumunu dəyərləndirib. Həmkarlarımızın iddiasına görə, 47 yaşlı çalışdırıcının gələn mövsüm paytaxt təmsilçisinin “sükanı arxasında” qalıb-qalmayacağı sual altındadır. Bu, “Neftçi”nin Azərbaycan Kubokundakı nəticəsindən asılı olacaq.
“Komanda Konfrans Liqasına vəsiqə qazansa da, Regekampf əsas hədəf olan çempionluğu qazana bilmədi. Bu isə nə azarkeşlərin, nə də rəhbərliyin ürəyincədir. İndi çalışdırıcı Azərbaycan Kubokunu qazanmağa borcludur. Əks təqdirdə, yayda onun müqaviləsi ləğv oluna bilər”, – deyə məqalədə yazılıb.
Qeyd edək ki, “Neftçi” kubokun yarımfinal mərhələsində “Turan Tovuz”la qarşılaşacaq. Regekampfın “ağ-qaralar”la müqaviləsi isə 2024-cü ilin yayına qədərdir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?