Ölkə futbolu
Renat Dadaşov ölüm xəbəri aldı: “Səndən ötrü darıxıram, dincəl”
Azərbaycan millisinin üzvü Renat Dadaşovun babası vəfat edib. Gənc hücumçu bununla bağlı İnstaqram səhifəsində paylaşım edib.
Portuqaliyanın “Tondela” klubunda çıxış edən Dadaşov ölkə çempionatının 7-ci turunda “Famalikao” ilə qarşılaşmadan sonra babasının öldüyünü bilib. 84-cü dəqiqədə qol vuraraq komandasına 3:2 hesablı qələbə qazandıran forvardın sevinci çox çəkməyib. O, paltardəyişmə otağında üzücü xəbəri alıb.
Renat “Oyundan sonra matçlarımı bir daha canlı olaraq izləyə bilməyəcəyin mesajlarını aldım. Hər şey sənin üçün idi, baba. Kaş bunu görə biləydin, amma əminəm ki, görürsən. Səndən ötrü darıxıram, dincəl. Səni sevirəm”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”