Dünya futbolu
Reqraqi ilə yazılan tarix
Mərakeş tarixində ilk dəfə Dünya Çempionatının ¼ finalına vəsiqə qazandı. Onların bunu yerli mütəxəssislə bacarması isə tam fərqli tarixdi.
Futbolinfo.az xəbər verir ki, daha öncə Afrika təmsilçilərindən Kamerun (1990), Seneqal (2002) və Qana (2010) da ¼-ə yüksəlməyi bacarmışdı. Mərakeşlilərin bunu Valid Reqraqi ilə reallaşdırması uğurlarının önəmini artırdı. Çünki bugünədək yalnız əcnəbi məşqçilər yüksəsk nailiyyətlərə imza atırdı.
Mərakeş eyni zamanda tarixə penalti seriyasını qazanan ilk Afrika komandası kimi düşdü. Düzdü, bunadək “Qara Qitə” təmsilçiləri yalnız bir dəfə pley-off matçını penaltilərə kimi uzatmış, o zaman da Qana Uruqvaya yenilmişdi – 2:4.
Reqraqinin yetirmələri o qədər uğurla müdafiə olundu ki, ispanlar tarixlərinin ən pis göstəricisinə imza atdılar. Ötürmə sayəsində rəqibini 4 dəfə üstələyən avropalılar, 120 dəqiqə ərzində qapıya cəmi bir dəqiq zərbə vurdu ki,bu da 1966-cı ildən bəri onların ən pis göstəricisidir.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı