Bizi izləyin

Ölkə futbolu

Riskli təyinat: Regekampf uğursuz seçim deyil

blank
blank

“Neftçi”nin yeni baş məşqçisi ilə bağlı birmənalı fikir bildirmək çətindi. Laurentsiu Regekampf daha çox sirli qutudu – onun məşqçi vizitkasında xoş olmayan məqamlar da var, uğurlu olacağına ümid verən nüanslar da.

Önyarğılı olmaq, bəri başdan tənqid etmək ən asan işdi. Bəli, rumınlarla bağlı xoş xatirələrimiz azdı. İstər futbolçu, istər məşqçilərin timsalında maliyyə dağıntısıyla bağlı kifayət qədər misal çəkə bilərik. Belələri “Neftçi”də də olub, digər klublarımızda da. Əksəriyyəti daha çox pul qazanaraq böyük fayda verməməsiylə ad çıxarıb. İstisnalar da var – işiylə, oyunuyla xoş xatırlananları da tapmaq olar. Rumınlarla bağlı ümumi mənzərə isə xoş deyil.

Lakin dövr dəyişib, rumınlar vaxtilə Azərbaycanda ancaq pul qazanmağı düşünərkən onlara bu şəraiti yaradanlar da qınanmalıdı. Çünki Mirça Rednik kimi işiylə ad qoyan, Adrian Pit, Adrian Skarlatake kimi oyunuyla yaddaşlarda qalanlar da var. Marian Aliuta, Adrian Nyaqa, Dorinel Muntyanu kimi uğursuz nümunələrə rəğmən…

Bəli, “Neftçi”də daha adlı-sanlı, tanınan məşqçi gözləyirdik. Amma indi işi ad-san, keçmişdəki xidmətlər görmür. Canni de Byazi, Berti Foqts və başqalarıyla bağlı yaşananlar dərs olmalıdı.

Ərtuğrul Sağlamla Viktor Qonçarenkonun gətirilməməsi bəlkə də “Neftçi”nin uğurudu. Bu məşqçilər də vaxtilə qazandığı uğurun kölgəsindədilər, davamını gətirə bilmədilər. Ona görə də Laurentsiu Regekampfın təyinatı sözügedən məşqçilərlə müqayisədə daha doğru addımdı. Enerjili, uğura ac biri Bakı klubuna daha çox lazımdı, nəinki Sağlam və ya başqası.

Rumının sürpriz təyinatı haqda qəti fikir bildirmək olmur. “Neftçi” rəhbərliyi bu məşqçini digərləriylə söhbətlər alınmadığı üçün B planı kimi seçə bilər. Bəlkə də əvvəldən danışıqlar onunla aparılıb, sadəcə, digər adlarla hədəf yayındırılıb. Hər halda, son anadək bu məşqçinin adı ümumiyyətlə, gündəmdə olmamışdı.

Regekampf Bakıya 7 kubokla gəlir. “Styaua” ilə Rumıniya çempionatının (2013, 2014), Superkubokunun (2013) və Liqa Kubokunun (2016) qalibi olması, 2012/2013 mövsümündə UEFA Avropa Liqasının 1/8 final mərhələsinədək irəliləməsi təsadüf ola bilməz. “Styaua”nı UEFA Çempionlar Liqasının qrup mərhələsinə daşıyan 46 yaşlı mütəxəssis “Əl Hilal”la 2014-cü ildə Asiya Çempionlar Liqasının finalına yüksəlib, 2015-ci ildə isə Səudiyyə Ərəbistanının Şahzadə Kubokunda 2-ci yeri tutub. O, “Əl Vəhdə” klubu ilə BƏƏ Super Kubokunun (2017, 2018) və Liqa Kubokunun (2018) qalibi olub, BƏƏ çempionatında 2-ci yeri tutub (2018).

“Neftçi”nin sükançısının karyerasında xoşagəlməz məqam həddindən artıq çox klub dəyişməsi və bir yerdə uzun müddət qərar tutmamasıdı. Yəqin ki, səbəblər aydınlaşdırılıb və yekun qərar verilib, çünki o, 2 il işlədiyi “Styaua”da uğurlu olub. Bəlkə də “Neftçi” elə bu səbəbdən bu məşqçi ilə ikiillik müqavilə bağlayıb.

Regekampfın ən böyük problemi şəxsi həyatı ilə bağlıdı. Detallara varmaq istəmirik, lakin xüsusilə Rumıniya mətbuatında onunla bağlı xoşagəlməz yazılar həddindən artıq çoxdu. Müəyyən hissəsi həqiqət ola bilər, lakin bu söz-söhbətlərin daha çox sabiq həyat yoldaşı, məşhur, eyni zamanda qalmaqalçı menecer Anamaria Prodanın “əl işi” olması da mümkündü. Qadın qısqanclığı, qisas hissi və s. Əks halda, indiki ailəsi ilə da bağlı problemlər yaranardı. Halbuki 2 övlad atası olan Regekampfın bu baxımdan normal həyat yaşadığı görünür.

Bütün bunların həqiqətə nə qədər yaxın olduğnu zaman göstərəcək. Bircə o dəqiqdi ki, Laurentsiu bu qədər yolunu azmış biridisə, zamanla işsiz qalmalı idi, klublar ona etimad göstərməməliydi. Lakin rumın məşqçi daim iş başında olub, deməli, yazılanlarda şaiyə payı az deyil.

İstənilən halda, zaman hər şeyi göstərəcək. Zatən problemli biri olsa, bu məşqçinin “Neftçi”də uzun müddət qalması mümkün olmayacaq. İndi daha çox onun nələr etmək istədiyini müşahidə etmək lazımdı. Müşahidə Şurasının onlayn müzakirəsi ilə təyin edilən məşqçinin fəaliyyətini canlı izləməklə hər şeyi görəcəyik. İlk transfer həmlələri, ilk seçimlər, ilk açıqlamalar, ilk addımlar hər şeyi aydınlaşdıracaq.

“Neftçi”nin ideal namizədi tapdığını yaza bilməyəcəyik, lakin ən uğursuz seçim də deyil. Bəli, riskli təyinatdı, amma işə düzgün yanaşma, nəzarət sayəsində bütün problemləri yoluna qoymaq olar. Ən yaxşısına ümid edək, çünki Bakı klubundan gözləntilər maksimumdu və yeni komanda quruculuğunda ilk addımlar atılır.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-27 01:14

“Real”ı Arda sevindirdi

blank
Dünya futbolu2024-04-27 01:05

“Nant” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-04-27 00:56

“Frozinone”dən darmadağın

blank
Dünya futbolu2024-04-27 00:42

“Hoffenhaym” səfərdən xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-27 00:31

Təbriz klubu İran kubokunun 1/4 finalında

blank
Digər idman növləri2024-04-26 23:30

Şahruddin Məhəmmədəliyev “Qalatasaray”la oyunda 3 qola üzüldü

blank
Digər idman növləri2024-04-26 23:12

“Neftçi” müntəzəm mövsümü qələbə ilə yekunlaşdırdı

blank
Digər idman növləri2024-04-26 22:43

Azərbaycan çempionatına yekun vuruldu

blank
Dünya futbolu2024-04-26 21:32

Azarkeşlərin addımı Tuhelin qərarını dəyişməyəcək

blank
Digər idman növləri2024-04-26 21:01

“Audi” ilk pilotunun adını elan etdi

blank
Dünya futbolu2024-04-26 20:40

İspaniya futbolunun yeni rəhbəri bəlli oldu

blank
Digər idman növləri2024-04-26 20:21

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

blank
Dünya futbolu2024-04-26 20:00

Milandan Münhenə

blank
Premyer-liqa2024-04-26 19:41

“Sabah”dan “Səbail”lə matç üçün xüsusi aksiya – VİDEO

blank
Premyer-liqa2024-04-26 19:23

“Neftçi” – “Turan Tovuz” oyununun biletləri satışa çıxarılıb

blank
Dünya futbolu2024-04-26 19:05

Morata satıla bilər

blank
Digər idman növləri2024-04-26 18:47

Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib

blank
I Liqa2024-04-26 18:30

“Şamaxı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-04-26 18:11

Formulada xal sistemi sabit qaldı

blank
Milli komanda2024-04-26 17:54

Millimizin təlim-məşq toplanışı olacaq

blank
Müsahibə2024-04-26 17:39

Vidadi Rzayev “Araz-Naxçıvan”ın özünə gələcəyinə inanmır

blank
Digər idman növləri2024-04-26 17:22

Olimpiadanın püşkünün atılacağı gün məlum oldu

blank
Ölkə futbolu2024-04-26 17:05

Yüksək Liqada 20-ci turun oyun cədvəli müəyyənləşdi

blank
Digər2024-04-26 16:50

Azərbaycan Minifutbol Federasiyasında yeni təyinat

blank
Dünya futbolu2024-04-26 16:32

“Çelsi” onları satmaq istəyir

blank
Ölkə futbolu2024-04-26 16:15

Daha 3 komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-26 16:00

Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu

blank
Dünya futbolu2024-04-26 15:42

Tuhel üçün 10 min imza

blank
Ölkə futbolu2024-04-26 15:27

Millimizin üzvü Macarıstanda bürünc medal qazandı

blank
Ölkə futbolu2024-04-26 15:09

“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm