Dünya futbolu
“Roma”nın zədəliləri sıraya döndü
“Roma” bu gün Avropa Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Bayer”in (Leverkuzen) qonağı olacaq.
Futbolinfo.az xəbər verir ki, “canavarlar”ın çalışdırıcısı Joze Mourinyo müdafiəçi Kris Smollinq və hücumçu Paulo Dibalanın bu matçda mübarizə apara biləcəklərini açıqlayıb.
Xatırladaq ki, ingiltərəli futbolçu əzələ zədəsi səbəbindən üç həftədir oynaya bilmir. Argentinalı forvard isə İtaliya A Seriyasının 35-ci turunun “Bolonya” ilə görüşünü (0:0) buraxıb.
“Roma” yarımfinalın ilk qarşılaşmasında Bundesliqa klubunu minimal hesabla məğlub edib – 1:0. Cavab matçı bu gün, saat 23:00-da başlayacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”