Bizi izləyin

Ölkə futbolu

Romen Bask: “Pulu düşünsəydim, “Neftçi”ni seçməzdim”

blank
blank

“Neftçi”nin yeni transferi Romen Bask paytaxt klubuna keçidi ilə bağlı fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, ölkəsinin mətbuatına müsahibəsində bunları söyləyib:

“Əvvəlcə hamı bilsin ki, mən “Havr” klubundan getməyi planlaşdırmırdım. Hətta ötən mövsüm yeni müqavilə barəsində razılığa gəlmişdik. Lakin daha sonra baş direktor Pyer Vantiyez mənə dedi ki, maliyyə problemlərinə görə bir az gözləməliyik. Sonra isə xəbər çıxmadı. Məşqlər bərpa olunanda başa düşdüm ki, artıq bu danışıq aktual deyil və müqavilə yenilənməyəcək”.

Fransalı yarımmüdafiəçi bildirib ki, “ağ-qaralar”dan gələn təklif onu düşünməyə vadar edib: “Bu barədə baş məşqçi Pol Le Quenlə danışdım. Onun mənimlə bağlı fikrini bilməliydim. Çünki sentyabrda ilk övladımız dünyaya gələcək. Fransa klublarının necə çətin vəziyyətdə olduğunu bilirik. Hiss etdim ki, məni artıq komandada düşünmürlər. Qeyri-müəyyənlik davam edirdi. Yeni mövsümdə klubsuz da qala bilərdim. Bütün bunlar ayrılıq qərarı verməyimə səbəb oldu”.

26 yaşlı müdafiəçinin sözlərinə görə, özünü ölkə xaricində sınamaq istəyi də qərarında həlledici olub: “Ötən mövsüm İtaliyanın “Kyevo” klubu ilə danışığımız oldu. Amma yekunda konkret bir şey olmadı. “Neftçi” rəhbərliyi əvvəlcə agentim, ardınca isə mənimlə əlaqə saxladı. Onlar mənə öz layihələrini təqdim etdilər, klubun yaxşı infrastruktura malik olduğunu və bu mövsüm Çempionlar Liqasında pley-offa çıxmaq istədiklərini bildirdilər. Bir az düşünmək lazım gəlsə də, təklif cəlbedici idi. Avropanın o biri ucuna ani qərarla getmirik. Bu barədə ailəmlə çox danışdım, orada oynayan futbolçulardan da məlumat aldım. Sonda bu fürsəti qaçırmamalı olduğum qənaətinə gəldim”.

Bir həftədir “Neftçi”nin düşərgəsində olan Bask seçiminə görə peşman olmadığını söyləyib: “Məni çox yaxşı qarşıladılar. Təqdimatdan sonra “Neftçi” üçün vacib transfer olduğumu anladım. Artıq mənzillə təmin olunmuşam. Mənə ən yaxşı şəraiti yaratmaq üçün hər şeyi etdilər. Azarkeşlərdən xeyli sayda xoş mesajlar aldım. Bunun qarşılığını meydanda verməkdən məmnun olacağam”.

Futbolçu Gürcüstanın “Dinamo” (Tiflis) komandası ilə UEFA Çempionlar Liqasının cavab oyunundan sonra “Neftçi”nin Azərbaycanda çox populyar klub olduğunu anladığını vurğulayıb: “Klubun infrastrukturu məni yaxşı mənada təəccübləndirdi. Burada yaxşı işləmək üçün hər şey var: nahar və şam etdiyimiz yeməkxana, məşq arası dincəlmək üçün otaqlar. Müasir təlim-məşq bazası da inşa edilir. Açığı, bu cür şəraitlə qarşılaşacağımı gözləmirdim”.

Bakı haqqında da danışan müdafiəçi buranı kiçik Dubay adlandırıb: “Bakı möhtəşəm şəhərdir. Amma gündüzlər məşq edə bilmirik, çünki hava çox isti olur. Ona görə də axşamlar hazırlıq keçirik. Baş məşqçi ilə ilk ünsiyyətimiz müsbət oldu. O, indiki halda məni müdafiəçi kimi sınamaq istəyir. Hazırda mənim üçün vacib olan klubun inkişafına kömək etməkdir. “Neftçi” 2019-ci ildə 3-cü, 2019 və 2020-ci illərdə 2-ci, bu il isə çempion olub. Nəticələr ildən-ilə yaxşılaşır”.

Bask yeni komandasında ən çox dil problemi ilə üzləşə biləcəyindən qorxduğunu qeyd edib: “Məşqçi təlimatlarını Azərbaycan dilində verir. Tərcüməçi bunu əvvəlcə ispan və portuqal dilinə, ardınca isə ingilis dilinə tərcümə edir. Fransız dilli futbolçular isə paltardəyişmə otağında tapşırıqları mənə izah edirlər. İngilis dili kurslarına getməyi düşünürəm. (gülür)

O, “Neftçi”yə pula görə gəlmədiyini bildirib: “Çoxları mənim bu klubla müqavilə bağlamağımı maddi səbəblərlə əlaqələndirir. Amma belə deyil. Pulu düşünsəydim, başqa seçim edərdim. Əlbəttə, “Havr”dakından daha yaxşı qazanıram. Amma astronomik məbləğ deyil. Müqavilə Fransadakı kimi deyil. Burada liqanı çempion kimi başa vurub-vurmamağımızdan, kuboku qazanıb-qazanmamağımızdan asılı olaraq bonuslar verilir. Müvəqqəti avtomobil veriblər. Məsələn, Fransada belə şey yox idi”.

Qeyd edək ki, “Neftçi” Romen Baskla 2 illik müqavilə bağlayıb.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-04-19 21:00

“Sumqayıt” avrokubok iddiasını davam etdirir

blank
Premyer-liqa2024-04-19 19:49

Tovuzda darmadağın – VİDEO

blank
Premyer-liqa2024-04-19 19:21

Ayxan Abbasov: “Günahkar axtarmıram” – VİDEO

blank
Premyer-liqa2024-04-19 19:09

Samir Abasov: “Bizi bu yerlərdə görmək çoxları üçün xoş deyil” – VİDEO

blank
Dünya futbolu2024-04-19 18:59

ÇL-də həftənin ən yaxşı oyunçusu

blank
Premyer-liqa2024-04-19 18:26

“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu

blank
Digər idman növləri2024-04-19 17:44

Yeddiqat dünya çempionu səfir təyin edildi

blank
Dünya futbolu2024-04-19 17:27

“Beşiktaş” Qurban Qurbanovla bağlı qərar verməyib

blank
Dünya futbolu2024-04-19 17:09

ÇL: Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı

blank
Digər idman növləri2024-04-19 16:51

MBA-da mövsümün statistik göstəriciləri: kim nədə lider oldu?

blank
Digər idman növləri2024-04-19 16:20

Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər

blank
Ölkə futbolu2024-04-19 16:01

“Lerik” Əsasnaməni pozduğu üçün cərimə olundu

blank
I Liqa2024-04-19 15:47

“İrəvan” xərəkdaşıyanlara görə cəzalandı

blank
Dünya futbolu2024-04-19 15:31

Almanlar bunu 29 ildən sonra bacardılar

blank
Dünya futbolu2024-04-19 15:15

Olmo seçim qarşısında

blank
Dünya futbolu2024-04-19 15:00

“Barselona” “Nou Kamp”a nə vaxt qayıdacaq?

blank
Premyer-liqa2024-04-19 14:41

“Qarabağ”la “Qəbələ”nin 77-ci dueli

blank
Digər idman növləri2024-04-19 14:24

Azərbaycan çempionatında həlledici mərhələnin ilk oyunlarının təqvimi açıqlandı

blank
Digər idman növləri2024-04-19 14:10

Ataman üçün acı xəbər

blank
Digər idman növləri2024-04-19 13:52

Çində ən yaxşı nəticəni “Maklaren” sürücüsü göstərdi

blank
Ölkə futbolu2024-04-19 13:35

“Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil” – “Neftçi” rəsmisi

blank
Dünya futbolu2024-04-19 13:20

Naqelsmann yığmada qaldı – müqavilə müddəti uzadıldı

blank
Müsahibə2024-04-19 13:19

Sertan özündən narazıdır: “Daha yaxşısını edə biləcəyimi düşünürəm”

blank
Ölkə futbolu2024-04-19 13:01

“Qəbələ”də daha bir vida – legioner yola salındı

blank
Digər idman növləri2024-04-19 12:44

Ən yaxşı snayper müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-19 12:27

AFFA Tovuza elə bir hakim göndərib ki…

blank
Digər idman növləri2024-04-19 12:10

MHL-də mövsümün ən məhsuldar oyunçusu bəlli oldu

blank
Dünya futbolu2024-04-19 11:53

İngilislərin fiaskosu və “Atalanta” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-19 11:35

Azərbaycan tennisçisi beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-19 11:20

İtaliya ÇL-də 5 komanda ilə təmsil olunacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm