Dünya futbolu
Ronaldo 16 il sonra ilk dəfə bu aqibəti yaşadı
Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin Portuqaliya “Portu”su ilə oyunları İtaliyanın “Yuventus” klubu ilə yanaşı, Kristiano Ronaldo üçün də uğursuz alınıb.
Futbolinfo.az xəbər verir ki, “Qızıl top”un beşqat sahibi olan Portuqaliya yığmasının üzvü 2021-ci ildə pley-off-un iki matçında fərqlənə bilməyib.
36 yaşlı futbolçu 2005-ci ildən bəri ilk dəfə analoji passivliklə yadda qalıb. Həmin vaxt o, “Mançester Yunayted”in heyətində çıxış edəndə də adını fərqlənənlər siyahısına yazdıra bilməmişdi.
Ronaldo 2006-cı ildə Çempionlar Liqasının pley-off-unda oynamayıb. O, bundan sonra hər il analoji matçlarda qollar vurmağa nail olub.
Qeyd edək ki, ilk oyunda 1:2 hesabıyla uduzan “Yuventus” cavab matçında 3:2 hesabı ilə qələbə qazansa da, iki görüşün nəticəsinə əsasən, səfərdə daha çox qol vuran “Portu” mərhələ adlayan tərəf olub.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”