Dünya futbolu
Ronaldo İtaliyaya qayıtdı
“Yuventus”un futbolçusu Kriştiano Ronaldo İtaliyaya qayıdıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Football İtalia” saytı məlumat yayıb.
Xəbərdə, Ronaldonun şəxsi təyyarəsiylə dünən Turinə eniş etdiyi bildirilib. Portuqaliyalı futbolçu iki həftəlik karantində qaldıqdan sonra komandayla birlikdə məşqlərə başlaya biləcək.
Ronaldo martda insult keçirən anasını ziyarət etmək üçün Portuqaliyaya getmişdi. 35 yaşlı hücumçu koronavirus pandemiyasına görə İtaliyaya qayıtmırdı.