Dünya futbolu
Ronaldonun qolu üçün müraciət edəcəklər
Portuqaliya Futbol Federasiyası FİFA-ya müraciət etməyə hazırlaşır. Kriştianu Ronaldonun tarixi rekordlarını yaxşılaşdırmaqda maraqlı olan qurum, dünən baş tutan matçdakı qolla bağlı faktlar təqdim etmək niyyətindədi.
Futbolinfo.az xəbər verir ki, Uruqvayla 2-ci turdakı matçda (2:0) vurulan ilk qolun Bruno Fernandeşin deyil, Ronaldonun ayağına yazılması istənilir. Federasiya Kriştianunun son anda topa toxunduğunu isbatlayan faktlara malik olduğunu iddia edir. Bruno da bunun əleyhinə deyil, kapitanının göstəricilərinin yaxşılaşması üçün qoldan vaz keçməyə razıdı.
Portuqaliya yığmasındakı durum İngiltərə millisinin sabiq üzvü Hari Nevilli də təsirləndirib. Hazırda şərhçi kimi çalışan, dəfələrlə Kriştianunu tənqid edən və bu üzdən onunla münasibəti yaxşı olmayan sabiq müdafiəçi deyib: “Ronaldo inanılmazdı, tənqidlərlə cavab verdi. “Mançester Yunayted”də son olanlar onun xoşuna gəlmədi, amma millidə əla dəstəyi var. Portuqaliyada onu çox sevirlər, yığmanın baş məşqçisi ilə əla münasibət qurub. Ronaldo mundialı qazanacağına inanır, bunun üçün çalışır. Kritik məqamlarda liderliyi ələ almağı bacarır, çox şey edə bilər”.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd