Dünya futbolu
Rui Koşta klub prezidenti seçildi
Portuqaliyanın “Benfika” klubunun yeni prezidenti seçilib.
Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, “Benfika”nın yeni prezidenti keçmiş futbolçu Rui Koşta olub.
O, seçkidə 84,48 faiz səs toplayaraq, “Benfika”nın sayca 34-cü prezidenti seçilib.
49 yaşlı Koşta klub prezidenti seçildikdən sonra açıqlama verib:
“Bu tarixi seçimin ən böyük qalibi “Benfika” klubudur. “Benfika” üçün tarixi və çox gözəl bir gün keçirdik. “Benfika” bu seçimlərdən çox daha güclü şəkildə çıxır”.
Rui Koşta futbolçu karyerası ərzində Portuqaliya millisinin və “Benfika”, “Fiorentina”, “Milan” kimi klubların formasını geyinib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib