Ölkə futbolu
Runi klub tapa bilmir
Yeni müqavilə mövzusunda “Turan Tovuz”la anlaşa bilməyən Runi Eva hələ də işsizdir. 26 yaşlı hücumçu ona maraq göstərən bir neçə klubumuzla ortaq məxrəcə gəlməyib.
Futbolinfo.az xəbər verir ki, kamerunlu forvard Tovuzda qazandığının 2-3 qatını tələb etdiyindən heç kim onunla anlaşa bilməyib. Səudiyyə Ərəbistanından, Kiprdən bir neçə təklifi olan oyunçu bu variantları da reallaşdıra bilməyib. Son olaraq Bolqarıstan ÇSKA-sından gələn təklifin də ciddi olmadığı aydınlaşıb. Belədə Eva hələ də gözləmədədir.
“Turan Tovuz”a ötən yay “Keçiörəngücü”ndən gələn Runi 16 qolla Premyer Liqanın əsas bombardirlərindən biri olmuşdu.