Dünya futbolu
RFS-in prezidenti bəlli oldu, Əliyev yenə İK üzvü seçildi
Rusiya Futbol İttifaqının (RFS) prezidenti müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Aleksandr Dyukov qarşıdakı 4 il üçün yenidən qurumun rəhbəri seçilib.
Bu barədə RFS-in rəsmi saytı məlumat yayıb. Seçki Moskvada RFS-in növbədənkənar Konfransında gerçəkləşib. “Qazprom neft” şirkətinin İdarə Heyətinin sədri olan Dyukov yeganə namizəd idi. O, RFS prezidenti vəzifəsinə yekdilliklə seçilib.
Qeyd edək ki, 53 yaşlı Dyukov RFS prezidenti vəzifəsini 2019-cu il fevralın 22-dən icra edir.
Tədbirdə RFS İcraiyyə Komitəsinin üzvlüyü üçün də seçki keçirilib. Qurumun növbədənkənar Konfransında baş tutan tədbirdə Rusiya Mini-Futbol Assosiasiyasının əslən azərbaycanlı prezidenti Emil Əliyev təkrar üzv seçilib. O, 2016-cı ildən İcraiyyə Komitəsinin üzvüdür.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…