Digər idman növləri
Rüstəm Orucov medalsız qaldı
Azərbaycan cüdoçuları İsrailin Təl-Əviv şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində ikinci günü medalsız başa vurublar.
Futbolinfo.az xəbər verir ki, Nurlan Osmanov (73 kq) 1/32 finalda Gürcüstan təmsilçisi Mixeili Baxbaxaşviliyə uduzub.
81 kq-dakı Rüstəm Orucov 1/16 finalda Monqolustandan olan Bolor-Oçir Gereltuyaya məğlub olub. Eyni çəkidəki Zelim Tçkayev onun həmyerlisi Batbold Bulqan və israilli İftaç Badaşa qalib gəlsə də, 1/4 finalda italiyalı Antonio Espositoya, təsəlliverici görüşdə isə portuqaliyalı Joau Fernanduya uduzub.
Xatırladaq ki, yarışın ilk günündə Orxan Səfərov (66 kq) gümüş medala sahib çıxmışdı. “Böyük Dəbilqə” fevralın 18-də başa çatacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…