Dünya futbolu
Rüstəm oynamadı, “Minay” kubokda mübarizəni dayandırdı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Futbol üzrə Ukrayna kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadənin komandası “Minay” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə aşağı liqa təmsilçisi “Alyans”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 2:3 hesabıyla məğlub olub və kubokda mübarizəni dayandırıb. 12 dəqiqəyə 2 qol vuran “Minay” qalan dəqiqələrdə bu üstünlüyünü əldən verib.
Rüstəm bu görüşün iştirakçısı olmayıb. Bunun səbəbi onun xeyli müddətdir zədədən əziyyət çəkməsidir. Əvəzində “Minay”ın digər azərbaycanlı futbolçusu Eldar Quliyev bu görüşün 61-ci dəqiqəsindən etibarən meydanda olub və sonadək oynayıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək