Ölkə futbolu
Rzayev “100”ü keçdi
“Kəpəz”in futbolçusu Tural Rzayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın 3-cü turuna təsadüf edib.
O, “Turan Tovuz”la ev qarşılaşmasına (0:2) start heyətində çıxıb və 62 dəqiqə meydanda olub. Tural Premyer Liqada keçirdiyi 100 matçda 1 qol vurub.
Ölkə çempionatının yüksək dəstəsində yalnız bir komandanın – “Kəpəz”in formasını geyinən yarımmüdafiəçinin debütü 2015/16 mövsümündə gerçəkləşib. O, 2015-ci il avqustun 9-da “Neftçi” ilə səfər qarşılaşmasında şans qazanıb. Həmin görüş 0:0 hesabı ilə başa çatıb.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Dünya futbolu2024-04-30 11:32
“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir
- Ölkə futbolu2024-04-30 11:25
“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişib